Türkiyə zəlzələsi: Sağ qalanlar digər şəhərlərə köçdükləri üçün kirayə qiymətləri yüksəlir
Türkiyədə 7,7 və 7,6 bal gücündə baş vermiş zəlzələlərdən sağ çıxanlar ölkənin daha təhlükəsiz hesab edilən bölgələrinə köçməyə başladıqları üçün Türkiyənin bir çox bölgəsində kirayə qiymətləri kəskin artıb.
Marja xarici mətbuata istinadən xəbər verir ki, fevralın 6-da baş verən zəlzələlərdən sonra ən azı 1,6 milyon vətəndaş zəlzələdən zərər çəkmiş vilayətləri tərk edib.
Zəlzələlərdə Türkiyədə həyatını itirənlərin sayı 38 mini ötüb və say hər gün artmaqdadır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş zəlzələləri "əsrin fəlakəti" adlandırıb.
Qaziantepdəki evinə ciddi ziyan dəymiş və sağ qalan Hüseyn Orhan paytaxt Ankarada kirayə ev axtardığını, lakin kirayə qiymətlərinin çox yüksək olduğunu söyləyib. Onun sözlərinə görə, kirayə qiymətləri 2 dəfə artıb.
Ankaradakı əmlak agentləri palatasının sədri Hakan Akçam qiymətlərin 25-57 faiz artdığını bildirib.
Məlumata görə, Mersin şəhərində 5 min türk lirəsinə (265 dollar) kirayəyə verilən evlər, indi 10 min (530 dollar) lirəyə təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 14 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















