İsveçrə istehsalı dərmanlar Azərbaycanda geri çağırıldı
İsveçrə istehsalı “Diprospan” dərman vasitəsinin bəzi seriyaları geri çağırılıb.
Bu barədə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
AEM tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, U038559 seriyalı, son istifadə tarixi 10/2023 olan, W002245 seriyalı, son istifadə tarixi 11/2023 olan, W009991 seriyalı, son istifadə tarixi 01/2024 olan, W015391 seriyalı, son istifadə tarixi 03/2024 olan, W025079 seriyalı, son istifadə tarixi 06/2024 olan və W033463 seriyalı, son istifadə tarixi 08/2024 olan olan “Diprospan” ticarət adlı (1 ml of suspension contains: betamethasone dipropionate – 6.43 mg (eq. to 5 mg betamethasone), betamethasone sodium phosphate (eq. to 2 mg betamethasone) – 2.63 mg tərkibli inyeksiya üçün suspenziya 1 ml, şüşə ampullarda №5, plastik qablaşmada, karton qutuda) dərman vasitələri geri çağırılıb.
Qeyd edilib ki, adıçəkilən dərman vasitəsinin yalnız həmin seriyalarının “Organon Central East GmbH, İsveçrə” şirkəti tərəfindən könüllü olaraq geri çağrılması haqqında müraciətə əsaslanaraq geri çağırılması, topdan və pərakəndə satışının və idxalının qadağan edilməsi haqqında qərar qəbul edilib.
Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız göstərilən seriyaları ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
34 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 54 d. əvvəl
-
58 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı





















