Kamran Nəbizadə İtaliyadan yeni investorların cəlb olunması üçün danışıqlar aparıb
“Azərbaycan Sənaye Korporasiyası” ASC və İtaliya–Azərbaycan Ticarət Palatasının rəhbərliyi arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görüş keçirilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və İtaliya – Azərbaycan Ticarət Palatasının prezidenti xanım Manuela Traldinin iştirakı ilə keçirilən görüşdə Korporasiyanın rəsmisi iki ölkə arasında qarşılıqlı iqtisadi və biznes əlaqələrinin yüksək səviyyədə inkişafından danışıb.
Xanım Manuela Traldi öz növbəsndə rəhbərlik etdiyi Palatanın tərəflər arasında əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.
Görüşdə İtaliya şirkətləri ilə iqtisadi əlaqələrin qurulması, yeni investorların cəlb olunması, investisiya imkanlarının dəyərləndirilməsi və birgə əməkdaşlıq perspektivlərinin təşviqinə dair müzakirələr aparılıb.
Sözügedən müzakirələr çərçivəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələri olan “Azərpambıq ASK” MMC, “Azəripək” MMC, eləcə də “Azəralüminium” MMC üzrə həyata keçirilməsi planlaşdırılan layihələrin icrası istiqamətində “İTAZERCOM” təşkilatının iştirakı ilə İtaliyadan yeni investorların cəlb olunması və investisiyaların cəlb olunması barədə müzakirələr aparılıb. Sonda birgə əməkdaşlığın növbəti mərhələlərində qeyd olunan məsələlər üzrə müəyyən məlumatların hazırlanması və yeni görüşlərin keçirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















