Azərbaycanda qızıl hasilatçısı Kanada şirkətində növbəti dəfə payını artırıb
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti səhmdarı olduğu Kanadanın “Libero Copper & Gold Corporation" şirkətində payını növbəti dəfə artırıb.
"Anglo-Asian Mining"dən verilən məlumata görə, şirkət “Libero Copper"ə dördüncü dəfə sərmayə edib. Onun 3,2 milyon səhmini 355 min ABŞ dolları qarşılığında əldə edib. "Anglo-Asian Mining"in Kanada şirkətində payı bununla da 19,8%-ə yüksəlib, ümumi sahib olduğu adi səhmlərin sayı isə 21,3 milyona çatıb.
Qeyd edək ki, yeni investisiya şirkətin Kolumbiya və Argentinadakı Mocoa və Esperanza mis porfiri layihələrində kəşfiyyat işlərinin həyata keçirilməsinə yönəldiləcək. “Libero Copper" ümumilikdə bu məqsədlə 1,9 milyon ABŞ dolları məbləğində səhm buraxıb.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























