“Bakı KOB evi”ndə sahibkarlara kommunal qurumlar tərəfindən xidmətlər göstərilir
Sahibkarlar kommunal xidmətlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər.
Hazırda KOB evində “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sahibkarlara müxtəlif xidmətlər təqdim olunur.
“Bakı KOB evi”ndə “Azərsu” ASC-yə məxsus xidmət masasında mikro, kiçik və orta sahibkarlıq subyektlərinə texniki şərtlərin, ödənişlər haqqında məlumatın verilməsi, qüsurlu ödənişin bərpa edilməsi və borcun araşdırılması üzrə xidmətlər göstərilir.
Sahibkarlar qazlaşma haqqında məlumat, texniki şərt üçün sənədlərin qəbulu və təhvil verilməsi, yeni və mövcud abonentlər üzrə müqavilələrin bağlanması, yeni qazlaşma və əvəzetmə nəticəsində quraşdırılmış smart tipli sayğacların kartlarının aktiv edilməsi, abonent məlumatlarında (ad,soyad) dəyişikliklərin olunması, itirilimiş və zədələnmiş smart kartların hazırlanması, koda düşmüş smart kartlarının bərpası üçün “Bakı KOB evi”ndə fəaliyyət göstərən “Azəriqaz” İB-nin xidmət masasına müraciət edə bilərlər.
“Azərişıq” ASC tərəfindən isə “Bakı KOB evi”ndə sahiblarlara abonentin ad dəyişdirilməsi, geniş tarixçəsinin və üzləşmə aktlarının verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənədin hazırlanması, istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi, elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri, abonent kodunun passiv və ya aktiv olması üçün müraciətlərin qəbulu xidmətləri göstərilir. Həmçinin sahibkarlar onlara məxsus biznes obyektlərinin smart kartlarının bərpası, yenisinin verilməsi və ödənişin yüklənməsi xidməti üçün də “Bakı KOB evi”nə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
21 d. əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
7 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
7 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























