Dolların bahalaşması fonunda qızılda eniş tendensiyası davam edir
FED-in növbəti dövr monetar siyasətinə dair qeyri-müəyyənliklər davam edərkən, ABŞ-da açıqlanan makroiqtisadi göstəricilərin FED-in monetar siyasətdə “şahini” duruşunu gözlənildiyindən daha uzun müddət saxlaya biləcəyinə dair artan ehtimallar birjalarda dollara dəstək olmaqda davam edir.
Ölkənin əsas pərakəndə satış şəbəkələrindən biri olan “Home Depot” və “Walmart”-dan bu il zəif qazanc proqnozları artan faiz dərəcələrinin ABŞ-da istehlakçıların alıcılıq qabiliyyətinə zərər verməyə başladığı ilə bağlı narahatlıqları artırdı.
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 3.96%-ə yüksələrək 2022-ci ilin noyabrından bəri qeydə alınan ən yüksək səviyyədir.
Makroiqtisadi məlumatlar tərəfində, ABŞ-da Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) yanvar ayında 47.8 bənd səviyyəsində açıqlanaraq proqnozları üstələməsinə baxmayaraq iqtisadi daralmanın davam etdiyini göstərdi.
Yanvarda ölkədə ikinci əl ev satışları da aylıq müqayisədə 0.7% azalaraq 2010-cu ildən bəri ən aşağı səviyyə düşüb.
FED-in son iclasının protokollarında pul-kredit siyasətiin gələcəyi ilə bağlı daha çox ipucları olduğu üçün analitiklər çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da dərc olunacaq protokollardakı siqnalların investorların diqqət mərkəzində olduğunu qeyd edirlər.
Həmçinin bu gün Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və “İFO” Biznes Mühiti İndeksi göstəriciləri investorlar tərəfindən maraqla gözlənilir.
Hazırda 103.80 bənd hədlərində qərarlaşan dollar indeksində “Buğalar” DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə saxlaya bilsələr, artım tendensiyası 105.00 bənd hədlərinə kimi davam edə bilər. Nəticədə EUR/USD, GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Dolların bahalaşması fonunda qızılda eniş tendensiyası davam edir. Hazırda 1838$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə qiyməti 1820$ və 1800$-a kimi ucuzlaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















