Evdən işləməyin yüksəlişi və çöküşü
Bir çox şirkət "evdən işləmək" siyasətinə daha çox yiyələnsə də, məhsuldarlığın azalması və sui-istifadələr geri addım atmağı zəruri edir.
İş dünyası xüsusilə son 20 ildə ənənəvi ofis yerinə, "evdən işləmək" strategiyasına adapdasiya olmağa başlasa da, işçiləri yüz faiz ofis xaricində işlətmək güman edildiyi qədər asan olmayacaq.
"Marja"nın məlumatına görə, hər şeydən əvvəl onlayn çat proqramları və ya telekonfrans kimi texnologiyalar, ofis xaricində işləməyi mümkün edir. "Evdən işləmək" işəgötürən üçün əmlak xərclərini də azaldır.
Ancaq bu müsbət vəziyyəti tərsinə çevirən amillər də var - "Komanda şəkilində çalışmaq" Deloitte-un 2016-da apardığı bir araşdırmaya görə, komanda yönümlü iş daha yaxşı irəliləyir. Amerika şirkətlərinin 38%-i bu şəkildə təşkilatlanmış durumdadırlar.
ABŞ-ın İnsan Resursları İdarəetmə Birliyinin araşdırmasına görə, ofis xaricində işləməyə icazə verən şirkətlərin sayı 1996-dan bu yana 20% artıb.
Bu günə qədər "Evdən iş strategiyasına" ən tolerant yanaşan şirkətlərdən biri beynəlxalq texnologiya nəhəngi IBM-dir. Son 20 rübdür gəliri azalan şirkət, bu ilin əvvəlində ABŞ-dakı 2 min əməkdaşına "Artıq evdən işlə" - deyib. Şirkət, bu şəkildə sürəti, məhsuldarlığı və yaradıcılığı artırmağı planlaşdırır.
Keçən il "yetkin insanları ofisə bağlamrıq" deyərək evdən iş siyasətinə keçən "RLM Public Relations" şirkəti , əməkdaşlarının intensiv sui-istifadəsilə qarşı-qarşıya qaldığı üçün köhnə sistemə qayıtdı. "RLM Public Relations"ın İcraçı Direktoru Riçard Laermer Bloomberg-ə verdiyi müsahibəsində əməkdaşlarının ofisə qayıtmasının müsbət təsiri olduğunu deyib. Laermer, məhsuldarlığın artması ilə yanaşı, ofisdən işləməyin bir nizam-intizam təmin etdiyini deyib. O şirkətin gənc əməkdaşlarının işləmək üçün çox əlverişli olmayan kiçik evlərə sahib olduqlarını qeyd edib.
Deloitte-un İnsan Resursları Mütəxəssisi Erika Voliniye görə, işçini ofis xaricində işlətməyin ən çətin tərəflərindən birinin əməkdaşı xoşbəxt etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)




.jpg)
