Xarici bazarlarda satıldığına görə, fermerlər bu sahəyə marağı artıb
Cəlilabad rayonunda çiyələk əkininə maraq artıb. Buna səbəb məhsula tələbatın çox olmasıdır.
Rayonda yetişdirilən çiyələk xarici bazarlara çıxarıldığına görə, fermerlər bu sahəyə xüsusi diqqət yetirirlər.
Cəlilabadda 607 hektardan çox sahədə çiyələk becərilir. Fermerlər əkin zamanı məhsuldarlığı ilə seçilən “Murano” növünə daha çox üstünlük verirlər. Onların sözlərinə görə, bol məhsul götürmək üçün fermer orta hesabla 10 min manat vəsait sərf etməlidir. Göstərilən qulluqdan asılı olaraq 1 hektar çiyələk sahəsindən 25-30 ton məhsul yığılır.
Məhsul istehsalında ən vacib şərtlərdən biri suvarma sisteminin düzgün qurulmasıdır. Suvarma damcı üsulu ilə aparılır. Bu üsul həm suya qənaət edir, həm də torpağın şoranlaşmasının qarşısını alır.
Ötən il 8 hektar sahədə əkin aparan cəlilabadlı fermer Vüqar Musayev bu il 10 hektar sahədə çiyələk əkib. O, əvvəlki illərdən fərqli olaraq aqrotexniki qulluğu yeni üsulla apardığını söyləyir: “Bu il 10 hektar sahədə çiyələk əkmişəm. Havaların isti keçməsi ilə əlaqədar sahələrdə aqrotexniki qulluğa başlamışıq. Hazırda ziyanverici alaq otlarının təmizlənməsi, çiyələk kolunda yanan yarpaqların budanması, damlama üsulu ilə mineralların verilməsinə başlamışıq. Havaların isti keçməsi məhsulun bol olacağını deməyə əsas verir”.
İldən-ilə texniki imkanları və bu sahədə təcrübələri artan fermerlər ötən mövsümün nəticələrindən razı qalıblar. Bu mövsüm də bol məhsul götürəcəklərinə əmindirlər.
“Keçən il 1 hektar sahədən 30 tona yaxın məhsul götürdük. Yığılan məhsulu əvvəl daxili, sonra xarici bazara çıxardıq. Bu il biz əsasən “Murano” növünə üstünlük vermişik. Bunun da səbəbi bu çiyələyin daha şirin olması və uzaq məsafələrə daşınma üçün sərfəli olmasıdır. İnşallah gələn ildən əkin sahələrimizi genişləndirmək niyyətindəyəm”, - deyə fermer Vüqar Musayev bildirib.
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Mübariz Nadirov çiyələyin xarici bazarlara çıxarıldığı üçün ildən-ilə fermerlərə daha çox xeyir gətirdiyini söyləyir: “Hazırda Cəlilabad rayonunda 607 hektar çiyələk əkilib. Örtük altında 240 hektar, açıq sahədə 367 hektar çiyələk becərilir. 2022-ci ildə 15205 ton, bir hektar sahədən 250 sentner çiyələk yığılıb”.
Çiyələk sahələrində iş ilboyu var. Bu işlərə kənd sakinləri cəlb edilir. Rayonda təsərrüfatın təkcə bu sahəsində iki mindən artıq insan ilboyu işlə təmin olunur. Bu isə kənd əhalisinin sosial rifah halının yüksəlməsinə xidmət edir.
© Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 13 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb






.jpg)





.jpg)



.jpg)








