Rusiyada Azərbaycan şərablarının marketinq kampaniyası keçiriləcək
Rusiyada Azərbaycan şərablarının marketinq kampaniyasının keçirilməsi planlaşdırılır.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPOMO) icraçı direktoru Yusif Abdullayev deyib.
“AZPROMO və Kənd Təsərrüfatı Nazirliyi şərab bazarlarında araşdırma aparır. Biz bu il Rusiyada şərabların marketinq kampaniyasını keçirməyi planlaşdırırıq və bunun çox uğurlu olacağına ümid edirik”, - deyə o bildirib.
Abdullayev, həmçinin qeyd edib ki, bu il Azərbaycandan Türkiyəyə alkoqollu içkilərin ixrac kvotasının artırılması gözlənilir.
“Türkiyədə də şərabların marketinq kampaniyasının keçirilməsi planlaşdırılır. Bu cür kampaniyalar gələcəkdə Mərkəzi Asiya ölkələrində də təşkil olunacaq”, - deyə icraçı direktor əlavə edib.
Azərbaycan şərabının ixracı məsələsinə toxunan Abdullayev qeyd edib ki, 2022-ci ildə xarici bazarlara $6 milyon dəyərində şərab məhsulları ixrac edilib. “Bu, elə də çox deyil, ancaq bunun obyektiv səbəbləri var. Biz şərabın hazırlandığı texniki üzüm sortlarının, xüsusilə yerli sortların əkin sahələrini artırmalıyıq”, - deyə o vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
31 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 40 d. əvvəl
- 43 d. əvvəl
- 51 d. əvvəl
-
55 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı



















