"Rusiya Qərbə bir daha “qaz kəmərlərini partlatmağa” imkan verməyəcək"
Rusiya enerji siyasətində bundan sonra Qərbə arxalanmayacaq"Rusiya artıq enerji siyasətində Qərb ölkələrinə arxalanmayacaq və Qərbin yenidən “qaz kəmərlərini partlatmasına” imkan verməyəcək".
Marja xəbər verir ki, bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq politologiya konfransında deyib.
“Bizim dayandırmağa çalışdığımız və Qərbin ukraynalılardan istifadə edərək bizə qarşı başlatdığı müharibədir. Təbii ki, bu müharibə Rusiyanın siyasətinə, o cümlədən enerji siyasətinə təsir etdi. Biz onlara qaz kəmərlərini yenidən partlatmağa imkan verməyəcəyik”, - Lavrov vurğulayıb.
Nazir xatırladıb ki, Rusiya “Şimal axını” partlayışları ilə bağlı araşdırma aparılmasını xahiş edəndə “tələb dərhal rədd edilib”. Amerikalılar bunu “cəfəngiyyat” adlandırıblar.
O qeyd edib ki, bu gün ABŞ-ın bütün hərəkətləri Avropanı Vaşinqton üçün “tabe oyunçu”ya çevirməyə yönəlib.
"Rusiyanın enerji siyasəti etibarlı tərəfdaşlar üzərində cəmləşəcək. Şübhəsiz ki, Hindistan və Çin onların sırasındadır", - Lavrov yekunlaşdırıb.
Ötən il sentyabrın 27-də “Nord Stream AG” şirkəti “Şimal axını” və “Şimal axını 2” dəniz qaz kəmərlərinin üç xəttində zədələnmələr barədə məlumat vermişdir. Rusiya Federasiyası qaz kəmərlərinin zədələnməsindən sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işinə başlayıb.
Fevralın 8-də amerikalı araşdırmaçı jurnalist Seymur Herş mənbəyə istinadən məqaləsində qeyd edib ki, Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin altına partlayıcı qurğular 2022-ci ilin iyununda ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən norveçli mütəxəssislərin dəstəyilə Baltops təlimləri zamanı yerləşdirilib. Herşin sözlərinə görə, əməliyyatın keçirilməsi barədə qərar prezident Co Bayden tərəfindən administrasiyada milli təhlükəsizlik rəsmiləri ilə 9 aylıq müzakirələrdən sonra verilib. Ağ Ev Herşin irəli sürdüyü versiyanı “tam yalan və uydurma” adlandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
30 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 50 d. əvvəl
-
54 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















