Özəlləşdirilmə prosesi sürətləndiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci ildə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, Xidmət rəisi Mətin Eynullayev bildirib ki, Dövlət Xidməti ölkə başçısının fərman və sərəncamları ilə verilmiş tapşırıqların vaxtında və tam həcmdə icrasının təmin edilməsi istiqamətində işlərini davam etdirir.
Ötən il ərzində Dövlət Xidməti tərəfindən daşınmaz əmlak idarəçiliyi və mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, xidmətlərin elektronlaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətlərində tədbirlər həyata keçirilib.
2023-cü ildə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran Dövlət Xidmətinin rəisi bildirib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində Dövlət Xidmətinin fəaliyyət sahələri ilə bağlı işlər sürətlə davam etdirilməlidir.
Tədbirdə ölkənin iqtisadi inkişafında mühüm rol oynayan, investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli olan özəlləşdirilmə prosesinin sürətləndirilməsi, o cümlədən dövlət əmlakının icarəyə verilməsi sahəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı işlərdən bəhs olunub. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində görüləcək tədbirlər də diqqət mərkəzində saxlanılıb. Qeyd olunub ki, hüquqların elektron qeydiyyatı üçün zəruri sənədlərin və məlumatların informasiya sistemləri vasitəsilə əldə edilməsi prosesi intensivləşdiriləcək.
İclasda Xidmət nümayəndələrinin çıxışları dinlənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)









.jpg)





