Asiya ölkəsi neft emalı zavodunun ehtiyacları üçün Azərbaycandan xam neft alacaq
Tacikistanın "Dəngərə" (Дангара) neft emalı zavodunun ehtiyacları üçün Azərbaycandan xam neft tədarük olunacaq.
Marja.az xəbər verir ki, bu barədə Bakıda keçirilmiş Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın altıncı iclasında razılaşma təmin olunub.
Komissiyanın iclasında tərəflər iki ölkə prezidentlərinin tapşırıqlarını yerinə yetirmək məqsədilə ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi sahəsində konkret layihələrin həyata keçirilməsi, o cümlədən Tacikistan Respublikasının azad iqtisadi zonalarının ərazisində birgə sənaye müəssisələrinin yaradılması, "Dəngər" neft emalı zavodunun ehtiyacları üçün Azərbaycandan xam neftin tədarükü, "Tacikistan Alüminium Şirkəti" ASC-nin yenidən qurulması üçün kapitalın cəlb edilməsi, Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium flüorid ixracı, Azərbaycandan Tacikistana alüminium oksidinin idxalı, kənd təsərrüfatı məhsullarının emalı, dəmir yolu ilə daşımalarda güzəştlərin verilməsi, turizmin inkişafı, Tacikistanın yataqlarının kəşfiyyatında iştirakı məsələlərini razılaşdırıblar və Protokol imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















