970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Qlobal investisiya bankı Goldman Sachs-a görə, Yaxın Şərqdəki müharibənin davam etməsi səbəbindən qlobal xam neft və neft məhsulları ehtiyatları bu ay rekord sürətlə azalır.

Marja xəbər verir ki, Bank analitiklərinin bildiriblər ki, ehtiyatlar may ayında gündəlik 8,7 milyon barel olmaqla rekord sürətlə azalıb. Bu azalma münaqişənin başlanmasından bəri müşahidə olunan orta azalma sürətinin təxminən iki qatına bərabərdir.

Analitiklər, “Anbarlardakı ehtiyatlar azalmağa davam edir. Təxmin edilən neft ixracı Hörmüz boğazı vasitəsilə normal səviyyələrin cəmi 5 faizi civarındadır”, - qeyd ediblər.

Qlobal enerji bazarlarının müharibənin yaratdığı misli görünməmiş təklif şoku ilə sarsıldığı qeyd olunub, böhrandan əvvəl bazalarda (anbarlarda) yığılan ehtiyatların sürətlə "əridiyi" və bəzi hökumətlərin qiymət artımlarını məhdudlaşdırmaq üçün strateji ehtiyatlardan bazara təklif verdiyi qeyd edilib.

International Energy Agency-nin (UEA) rəhbəri Fatih Birol da ötən həftə kommersiya neft ehtiyatlarının sürətlə azaldığı barədə xəbərdarlıq etmişdir. UEA həmçinin münaqişə qısa müddətdə başa çatsa belə, bazarların oktyabra qədər “ciddi təklif çatışmazlığı” yaşamağa davam edəcəyini proqnozlaşdırır.

Neft təklifinin azalması Asiyadan Avropaya qədər geniş coğrafiyaya mənfi təsir edir. Avropanın aviasiya yanacağı idxalının 2025-ci il orta göstəricisindən 60 faiz aşağı düşdüyü qeyd edilib.

İş elanları AzVak.az-da

21.05.2026 14:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19