Azərbaycandan qaz ixracının dəyəri neft ixracının dəyərini üstələyib
2023-cü ilin yanvar-iyun dövründə (ilk 6 ayda) Azərbaycandan 16 milyard 194 milyon 606 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac olunub.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümlədən, 7 milyard 803 imilyon 144 min dollarlıq xam neft, 8 milyard 29 milyon 188 min dollarlıq təbii qaz ixrac edilib. İlk dəfə Azərbaycandan ixrac olunan təbii qazın dəyəri ixrac olunan xam neftin dəyərini ötüb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan 17 milyard 21 milyon 596 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 9 milyard 361 milyon 250 min dollarlıq xam neft, 7 milyard 440 milyon 434 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, Azərbaycandan ixrac olunan xam neftin dəyəri azalıb, təbii qazın dəyəri isə artıb.
2023-cü ilin ilk 6 ayında Azərbaycanın ixracının dəyərinin 90.13%-ni neft-qaz sektoruna daxil olan mallar, 9,87%-ni neft-qaz sektoruna daxil olmayan mallar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















