Dövlət şirkətlərinin və qurumlarının ölçmə vasitələri yoxlanılır
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı 11 mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət idarə, müəssisə və təşkilatlarında metroloji nəzarət tədbirləri davam etdirilir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir.
Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində ümumilikdə “Azərişıq” ASC-nin tabeliyində olan 2 müəssisədə 12 ölçmə vasitəsi, “Azərsu” ASC-nin tabeliyində olan 7 müəssisədə 259 ölçmə vasitəsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 16 sınaq laboratoriyasında 516 ölçmə vasitəsi, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan 5 müəssisədə 165 ölçmə vasitəsi, “Bakı Metropoliteni” QSC-də 6713 ölçmə vasitəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan 59 müəssisədə 3481 ölçmə vasitəsi yoxlamaya cəlb olunub.
Hazırda Dövlət Xidməti tərəfindən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqlərə başlanılıb, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə isə monitorinqlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)










