Mobil manşet üstü reklam-3_21

Taleh Kazımovun imzası ilə pul nişanları buraxılır

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Taleh Kazımovun imzası ilə pul nişanları buraxılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə Marja.az-a Mərkəzi Bankdan bildirilib.

Qeyd edilib ki, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilmişdir.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır.

Yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

pul nişanlar banknot Taleh Tahir oğlu Kazımov imza
18.09.2023 14:42

Müştərilərin xəbərləri

Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ