SOCAR neftin və qazın maya dəyərlərini açıqladı - HASİLAT BAHALAŞIB
1 ton neftin maya dəyəri 13,93 manat artaraq 129,45 manat, 1000 kubmetr qazın maya dəyəri 6,34 manat artaraq 67,57 manat təşkil edib.Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz hasilatının maya dəyərləri ilə bağlı məlumatları açıqlayıb.
Marja.az SOCAR-ın 2022-ci il üzrə hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə 1 ton neftin istehsal maya dəyəri 129,45 manat təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,93 manat və ya 12,1% artmışdır.
Şirkət üzrə neftin hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi – 3,2%, yanacaq – 0,2%, elektrik enerjisi xərci 0,9%, əmək haqqı – 17,0%, sosial sığorta fonduna ayırmalar – 3,9%, əsas vəsaitlərin amortizasiyası – 19,8%, əsas vəsaitlərin təmiri 8,8%, əsas vəsaitlərə texniki xidmət – 4,7%, nəqliyyat xərcləri- 10,0%, mühafizə xərcləri – 2,4%, mədən vergisi - 7,9%, digər vergilər 4,9%, digər xidmətlər üzrə xərclər 13,8%, digər xərclər isə 2,5% təşkil edib.
2022-ci ildə 1000 kubmetr (m3) qazın faktiki hasilat maya dəyəri 67,57 manat təşkil etmişdir ki, bu da keçən illə müqayisədə 6,34 manat və ya 10,35% artmışdır.
Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi - 2,5%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərci 0,4%, əmək haqqı – 12,4%, sosial sığorta fonduna ayırmalar – 2,8%, əsas vəsaitlərin amortizasiyası – 14,1%, əsas vəsaitlərin təmiri 4,9%, əsas vəsaitlərə texniki xidmət – 10,8%, nəqliyyat xərcləri – 12,4%, mühafizə xərcləri 2,0%, mədən vergisi – 19,1%, digər vergilər 4,5%, digər xidmətlər üzrə xərclər 11,9%, digər xərclər isə 2,0% təşkil edir. Şirkət üzrə 1000 m3 əmtəəlik qazın hasilat maya dəyəri 2021-ci illə müqayisədə 6,34 manat (10,35%) artmışdır.
SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, “Azəriqaz” İstehsalat Birliyinin digər xərcləri, qazın emalı, saxlanması, nəqli, “Azərkontrakt” SC-dən alınmasına çəkilən xərclər nəzərə alınmaqla 2022-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 165,0 manat təşkil etmişdir.
Göründüyü kimi Şirkət üzrə neft və qaz hasilatının maya dəyərləri artmışdır. Neftin maya dəyərinin artması keçən ilə nisbətən yanacaq xərclərini, əmək haqqı və sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiya xərclərinin, obyektlərin təmiri, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin və digər xidmət xərclərinin artması hesabına baş vermişdir. Belə ki, yanacaq xərclərinin 471 min manat (36,1%), əmək haqqı xərcləri 28 530 min manat (22,6 %), sosial sığorta xərcləri 5 749 min manat (19,4 %), əsas vəsaitlərin amortizasiya xərcləri 15 609 min manat (9,5%), obyektlərin təmiri xərcləri 11 745 min manat (17,3 %), əsas vəsaitlərə texniki xidmət xərcləri 2 470 min manat (6,2 %), nəqliyyat xərcləri 4 634 min manat (5,4 %), mühafizə xərcləri 4 421 min manat (25,5 %) və digər xidmət xərcləri 30 218 min manat (31,7%) artmışdır.
Qazın maya dəyərinin artması keçən ilə nisbətən yanacaq xərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqı və sosial sığorta xərclərinin, əsas vəsaitlərə texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin, mədən vergisi xərclərinin və digər xidmət xərclərinin artması hesabına baş vermişdir. Belə ki, yanacaq xərcləri 271 min manat (33,7%), elektrik enerjisi xərcləri 151 min manat (9,4%), əmək haqqı xərcləri 7 612 min manat (16,9%), sosial sığorta xərcləri 1 818 min manat (17,9%), əsas vəsaitlərə texniki xidmət xərclərinin 26 342 min manat (136,1%), nəqliyyat xərcləri 7 351 min manat (16,4%), mühafizə xərcləri 2 742 min manat (48,9%), mədən vergisi xərclərinin 11 679 (17,1% ) və digər xidmət xərcləri 21 400 min manat (74,0%) artmışdır.
SOCAR, neft və qaz dəyər zənciri üzrə şaquli inteqrasiya olunmuş, hasilat, nəql, emal və neftkimya məhsullarının istehsalı, marketinqi, yanacağın pərakəndə satışı və qazın paylanılması əməliyyatlarını həyata keçirir. Neft məhsullarının istehsalına çəkilən xərclərin tərkibində xam neftin hasilatına çəkilən xərclərin xüsusi çəkisini nəzərə alaraq, SOCAR-ın neftqazçıxarma idarələri üzrə neftin və təbii qazın maya dəyərinin təhlili aparılmışdır.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
8 saat əvvəl
Paşinyan Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
-
-
8 saat əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
-
9 saat əvvəl
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
-
10 saat əvvəl
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Ən çox oxunanlar
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub
Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
5 milyondan çox ziyan - Gömrük Komitəsinin vəzifəli şəxsləri və Hövsan Beynəlxalq Ticarət Limanının rəisi saxlanılıb
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs edilib
Ardıcıl 3 aydır Azərbaycanda orta maaş düşür










.jpg)




.jpg)



