Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dağlıq Şirvan iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri və fermerlərin iştirakı ilə regional müşavirə keçirilib. 

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və bu müstəvidə 25 may tarixində keçirilmiş müşavirənin mahiyyəti, bu istiqamətdə verilmiş tapşırıqlar, son illərdə ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət dəstəyi mexanizmləri, suvarma infrastrukturunun və aqroparkların inkişafı, habelə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində əldə edilmiş nəticələr barədə məlumat verib. O, Dövlət Proqramının aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən etdiyini, proqramın əsas məqsədinin məhsuldarlığın artırılması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, emal və ixrac imkanlarının genişləndirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafının təmin edilməsi olduğunu vurğulayıb.

Müşavirədə "Ağsu Aqropark" QSC-nin direktoru Atababa İsayev də çıxış edib.

Atababa İsayev çıxışında bildirib ki, 25 may 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənd təsərrüfatının bütün sahələrində gedən proseslərə toxunulub, nəticələr səsləndirilib, bu sahənin daha da inkişafı, idxaldan asılılığın böyük həcmdə ortadan qaldırılmasını əhatə edən yeni dövlət proqramlarının qəbul edilməsi və uğurlu şəkildə tətbiq edilməsi barədə tapşırıq və tövsiyələr verilib. Bununla yanaşı, dövlət və özəl sektorun qarşısında müəyyən öhdəliklər və vəzifələr qoyulub.

O qeyd edib ki, ərzaq təhlükəsizliyi ilə bağlı risklərin artdığı bir zamanda bu proseslərin ölkəmizə təsirinin azaldılması, ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın minimuma endirilməsi və aqrar sahədə innovativ texnologiyaların tətbiqi ölkə iqtisadiyyatının dinamik inkişafı üçün zəruri amillərdəndir. Bütün bunlar nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığı ilə qurulan aqroparklardan biri də Ağsu Aqroparkdır.

“Ağsu Aqropark” 2018-ci ildən etibarən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyət göstərməyə başlayıb.

Cəmiyyətin tabeliyində olan 1800 hektar sahədə müasir, yüksək məhsuldarlığı olan qarğıdalı, arpa, buğda, yonca kimi yem bitkilərinin əkilməsi də əsas fəaliyyət istiqamətləri çərçivəsindədir.

Bununla yanaşı, cəmiyyətdə 90-a yaxın ən müasir aqrotexnika - traktor, kombayn və avadanlıqlar mövcuddur. Onların saxlanılması üçün texniki park qurulub, texnikaların hər biri güclərinə uyğun olaraq qoşqu və aqreqatlarla təmin edilib.

Atababa İsayev bildirib ki, artıq bu ildən etibarən ərazilərin dron vasitəsilə dərmanlanması prosesi həyata keçirilməyə başlanılıb. Bu da öz növbəsində 10-15 faiz məhsul itkisinin qarşısının alınması deməkdir.

Onun sözlərinə görə, 1000 baş sağmal heyvan olmaqla illik süd istehsalı 4 milyon litr nəzərdə tutulub. Mal ətinə olan tələbatın ödənilməsi məqsədilə 1500 baş iri buynuzlu heyvanın yetişdirilməsi cəmiyyətin fəaliyyət istiqamətlərinin tərkib hissələrindən biridir.

“Ağsu Aqropark olaraq yüksək keyfiyyətli toxumların istehsalında son iki ildə əldə etdiyimiz uğurlu nəticələr bu sahədə doğru istiqamətdə olduğumuzun bariz nümunəsidir. Belə ki, keçən il üçün satışa çıxarılan toxumların miqdarı 1500 ton, cari il üçün isə 2200 ton nəzərdə tutulmuşdur. Bununla yanaşı, təşkil olunmuş toxum yarmarkalarında fermerlərin yüksək keyfiyyətli toxumların alışına olan ciddi marağını da müşahidə edirik. Son iki ildə təşkil olunmuş birkalama mexanizmi sayəsində bazara saxta toxumların çıxarılmasının qarşısı alınmış və toxumçuların bazara çıxışı asanlaşdırılmışdır”, - Atababa İsayev bildirib.

"Ağsu Aqropark" QSC-nin direktoru qeyd edib ki, xüsusi dövlət proqramları, xüsusən kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımlar kənd təsərrüfatı subyektləri üçün xüsusi motivasiya mənbəyidir. Əldə olunan nəticələr də Prezidentin aqrar sahəyə verdiyi qiymətin və göstərdiyi qayğının nəticəsidir. Onun sözlərinə görə, verilən bu dəyər yeni üfüqlər açmaqla yanaşı, məsuliyyəti də artırıb.

Atababa İsayev bildirib ki, Ağsu Aqropark bu məsuliyyətin ağırlığını Prezident İlham Əliyevin 2022-ci il avqustun 12-də Aqroparka səfəri zamanı daha dərindən dərk edib və növbəti illər üçün daha uğurlu nəticələr göstərəcəyi barədə öhdəliklər götürüb.

“Həmin vaxt pivotaltı sahələrimizdə buğda üçün məhsuldarlığın 50 sentner/hektar olması barədə cənab Prezidentə məruzə etdik. Yenə də bu kürsüdən cənab Prezidentə məruzə edirik ki, 2025-ci il üçün bu rəqəm 65-70 sentner, 2026-cı il üçün isə məhsuldarlıq 75-80 sentner olmuşdur”, - o əlavə edib.

Atababa İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər” haqqında Fərmanına müvafiq olaraq, cəmiyyətin tabeliyində olan 800 hektarlıq sahədə yüksək texnoloji standartlara cavab verən müasir pivot suvarma sistemləri qurulub.

2026-2030-cu illəri əhatə edən dövlət proqramları çərçivəsində isə bu sahələrin miqyasının genişləndirilərək əlavə 1000 hektarlıq sahədə yeni pivot suvarma sistemlərinin qurulması əsas prioritet hədəflər sırasında yer alır.

“Məlum olduğu kimi, pivot sahələrin genişləndirilməsi üçün əlavə torpaq sahələrinin əkinə yararlı hala gətirilməsi, bununla yanaşı, həmin sahələrə su ehtiyatlarının yaxınlaşdırılması və su ehtiyatının artırılması vacib faktorlardan biridir. Bu məsələlərin həlli barəsində dövlətimizin yaxından dəstək verəcəyinə əminik”, - "Ağsu Aqropark" QSC-nin direktoru bildirib.

Onun sözlərinə görə, süd istehsalının həcmində də uğurlu nəticələr əldə olunub və bu nəticələr artan temp üzrə davam etməkdədir. Süd istehsalı illik 4 milyon litr nəzərdə tutulsa da, Prezidentin aqroparklara xüsusi qayğısına güvənərək müəyyən addımların atılması və növbəti illər üçün illik süd istehsalının 5 milyon litrə yüksəldilməsi planlaşdırılıb.

Ətlik istiqamətdə isə 3 əlavə yeni cins heyvanların gətirilməsi və istehsalın illik 300 tondan 500 tona qaldırılması nəzərdə tutulub.

Xüsusən yerli mütəxəssislərə önəm verən Aqropark əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürüb. Hazırda cəmiyyətdə 200 nəfərə yaxın daimi işçi çalışır, mövsümlə əlaqədar olaraq bu say 250 nəfəri ötür.

Atababa İsayev bildirib ki, Aqroparkın bu günə qədər əldə etdiyi nəticələr dövlətin bu sahəyə göstərdiyi dəstək və diqqətin bariz nümunəsidir.

“İnanırıq ki, Ağsu Aqropark olaraq üzərimizə düşən öhdəliyimizi layiqincə yerinə yetirəcək və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində fəal iştirakçılardan birinə çevriləcəyik”, - o bildirib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ağsu Aqropark Atababa İsayev Dağlıq Şirvan kənd təsərrüfatı aqropark ərzaq təhlükəsizliyi buğda məhsuldarlığı pivot suvarma sistemi süd istehsalı ət istehsalı toxum istehsalı fermerlər Dövlət Proqramı aqrar sektor Prezident İlham Əliyev
12.06.2026 17:36
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19