Yollarda parklanmış avtomobillərdə siqaret satanlara qarşı tədbirlər görülür
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksiz markasız və ya saxta aksiz markalı məhsullarının pərakəndə satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Marja.az Xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, 2024-cü ilin mart ayında Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsi tərəfindən paytaxtın müxtəlif ərazilərində parklanmış nəqliyyat vasitələrində, o cümlədən köşklərdə yerləşən 21 satış nöqtəsində operativ vergi nəzarəti tədbirləri keçirilib.
Bu tədbirlər nəticəsində həmin obyektlərin hər birində qanunsuz yolla əldə edilmiş, aksiz markası ilə markalanmalı olan, lakin belə marka olmadan tütün məmulatlarının satışının həyata keçirilməsi halları aşkar edilib. Nəzarət tədbirləri zamanı həmin obyektlərdən 16.062 qutu tütün məmulatı aşkar edilərək götürülüb. 20 halda qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin əməlində Cinayət Məcəlləsinin 213-1 və 213-2-ci maddələrinin əlamətləri mövcud olduğu üçün toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş idarəsinə göndərilib.
Dövlət Vergi Xidməti bir daha xatırladır ki, aksiz markası tələb olunan, lakin belə marka olmadan məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, habelə istehlak bazarına qeyri-qanuni istehsal edilmiş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























