Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın bank sektorunun aktivləri 7 %-ə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın bank sektorunun aktivləri 7 %-ə yaxın artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank sektorunun cəmi aktivləri bu ilin yanvar-fevral aylarında 6,5% artaraq 48,735.7 mln. manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu dövrdə sektorun cəmi öhdəlikləri 6,5% artaraq 42,548.4 mln. manata, balans kapitalı isə 7,9% artaraq 6,187.3 mln. manata bərabər olub.

Fevral ayında bankların kredit portfeli 1.1% və ya 266.7 mln. manat artaraq 23,833 mln. manat təşkil edib. Kredit portfelinin 54.8%-i(13,063.7 mln. manat) biznes kreditlərinin, 29.7%-i (7,077.3 mln. manat) istehlak kreditlərinin, 15.5%-i (3,692 mln. manat) ipoteka kreditlərinin payına düşüb.

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 150.8 mln. manat (+1.2%), 69.3 mln. manat (+1%) və 46.5 mln. manat (+1.3%) artıb.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edib – cəmi öhdəliklərin 82.2%-i və ya 34,959.3 mln. manat. Depozit portfelinin 62.8%-i (21,955.7 mln. manat) hüquqi şəxslərin, 37.2%-i (13,003.6 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

 

2024-cü ilin fevral ayında fiziki şəxslərin əmanətləri 1.3% və ya 172.4 mln manat artaraq 13,003.6 mln. manat təşkil edib. Fiziki şəxslərin əmanət portfelinin 55.2%-i (7,174.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,037.3 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.6%-ni təşkil edib.

APA

29.03.2024 14:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ