Nazirlikdə pambıqçılığa həsr olunmuş iclas keçirildi
Aprelin 22-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15167 mülkiyyətçi ilə 100,5 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb.Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının məsul şəxsləri, Pambıq İstehsalçıları Assosiasiyasının üzvləri, pambıq tədarükü və emalı şirkətlərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, pambıqçılıq ölkəmizdə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Qeyd olunub ki, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirləri davam etdirilir.
İclasda 2024-cü ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, səpinin vəziyyəti barədə məlumat verilib. Qeyd olunub ki, aprelin 22-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15167 mülkiyyətçi ilə 100,5 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb və həmin sahələrin 98,3 min hektarında şum işləri başa çatdırılıb, 48.3 min hektarında arat aparılıb. Hazırkı dövrdə ölkə üzrə 38 min ha sahədə çiyid səpini həyata keçirilib və pambıqçılıq rayonlarında çiyid səpini prosesi davam edir.
Tədbirdə cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflər müzakirə edilib. Pambıqçılıq sahəsində innovativ becərmə, müasir suvarma texnologiyalarının və qabaqcıl təcrübələrin tətbiqinin genişləndirilməsi, elmi-tədqiqat müəssisələri tərəfindən yüksək keyfiyyət göstəricilərinə malik tez yetişən pambıq sortlarının yaradılması, pambıqçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə qısa müddətli təlim kurslarına cəlb edilməsi, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər qeydə alınıb.
İclasda pambıq toxumçuluğunun inkişaf etdirilməsi, toxuma olan tələbatın yerli istehsal hesabına təmin olunmasının prioritet vəzifələrdən olduğu bildirilib. Pambıq toxumçuluğun inkişaf etdirilməsi və toxumçuluq təsərrüfatlarının yaradılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyi vurğulanıb. Tədbir iştirakçıları yerli pambıq toxumçuluğunun inkişaf perspektivləri barədə danışıb, pambıq toxumu istehsalı ilə əlaqədar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə əlaqələrin daha da genişləndirilməsinin zəruri olduğunu bəyan ediblər.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
5 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
6 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu























