Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı

(®) Azərbaycanda İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən Azerconnect Group və dünyanın aparıcı telekommunikasiya şirkəti Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Tərəfdaşlıq müqaviləsi Azerconnect Group-un rəqəmsallaşma, təhlükəsizlik əməliyyatları mərkəzi, şəbəkə texnologiyaları və kommersiya xidmətləri kimi mühüm sahələr üzrə təkmilləşdirmə işlərini sürətləndirəcək. Vodafone ilə tərəfdaşlıq Azerconnect Group-a biznesin səmərəliliyini daha da artırmaq və əlavə dəyər yaratmaq imkanı verəcək.

Azerconnect Group-un Baş direktoru Emil Məsimov bildirib:

"Azerconnect Group Azərbaycanda uğurlu fəaliyyət tarixi olan ən böyük İKT şirkətidir. Bu tərəfdaşlıq sayəsində biz Vodafone-un zəngin qlobal telekommunikasiya təcrübəsindən faydalana bilərik. Hesab edirəm ki, bu tərəfdaşlıq ölkəmizin İKT sektorunun dayanıqlı inkişafına ciddi təkan verəcək”.

Vodafone-un Tərəfdaş Bazarları üzrə Baş İcraçı direktoru Petr Dvorjak əlavə edib:

“Azerconnect Group innovativ şirkətdir və Azərbaycan bazarında liderdir. Tərəfdaşlıq çərçivəsində, telekommunikasiya və biznes texnologiyaları sahələri üzrə təcrübəmizi bölüşmək və müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində işlərə başlamağı səbirsizliklə gözləyirik”.

Azerconnect Group haqqında

Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən şirkətdir. Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. 

Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Vodafone Group haqqında 

Vodafone Avropa və Afrikanın aparıcı telekommunikasiya şirkətidir. Biz 15 ölkədə 330 milyondan çox müştəriyə mobil və sabit şəbəkə xidmətləri təqdim edirik, (Vodafone Group-un dayandırılmış əməliyyatı kimi hesab olunan Italiya istisna olmaqla) daha 44 ölkədə isə mobil şəbəkələrlə əməkdaşlıq edirik. Biz həmçinin dünyanın ən böyük IoT platformalarından birinə malikik. Afrika qitəsində bizim maliyyə  texnologiyaları müəssisələrimiz hazırda 7 ölkədə 79 milyondan çox müştəriyə xidmət göstərir, bu da digər provayderin əməliyyatlarından daha çoxdur. 

Bizim məqsədimiz daha yaxşı gələcəyə bağlanmaq üçün texnologiya vasitəsilə həyatları, biznesləri yaxşılaşdırmaq və inklüziv dayanıqlı cəmiyyətlərin tərəqqisinə kömək etməkdir. Ətraf mühitə təsirimizi azaltmaq üçün 2040-cı ilə qədər xalis sıfır emissiya hədəfinə sadiq qalırıq.

Əlavə məlumat üçün www.vodafone.com saytına daxil olun, X @VodafoneGroup ünvanında  bizi izləyin və ya www.linkedin.com/company/vodafone ünvanında LinkedIn-də bizimlə əlaqə saxlayın.

Azerconnect Vodafone Emil Məsimov Petr Dvorjak rəqəmsallaşma təhlükəsizlik şəbəkə texnologiyalar kommersiya xidmətlər
12.06.2024 17:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ