COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək
15-16 noyabr 2024-cü il tarixlərində COP29 çərçivəsində Bakıda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən Mərkəzi Asiyada Enerji keçidi üzrə ilk İnvestisiya Forumu keçiriləcək.
Forum, iqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğu nəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına və praktiki tədbirlərin həyata keçirilməsinə dəstək məqsədini daşıyır.
Forumun keçirilməsi ilə bağlı IRENA-nın baş direktoru Francesco la Camera deyib: "Lazımi investisiyaların cəlb edilməsində ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, Mərkəzi Asiya bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üçün böyük potensiala malikdir. COP29 çərçivəsində enerji keçidinə dair Bakıda keçiriləcək İnvestisiya Forumu sərmayələrlə bağlı maneələri aradan qaldırmaq, maraqlı tərəflərin fəaliyyətlərini əlaqələndirmək və dünyanın diqqətini bu bölgədən olan layihələrə cəlb etmək üçün xüsusi olaraq hazırlanmışdır."
COP29-un prezidenti Muxtar Babayev əlavə edib: "Azərbaycan yaşıl enerji keçidinə sadiqdir və hazırda bərpa olunan enerji mənbələri sahəsində qonşu Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq qurulub. Enerji sistemlərinin birləşdirilməsi haqqında Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri arasında əldə edilmiş razılıq kimi təşəbbüslər bu əməkdaşlığın sübutdur. Biz inanırıq ki, dünya bu ilin noyabrında Bakıda bir araya gələndə COP29 tədbiri gənclərin, bərpa olunan enerji potensialının və canlı iqtisadiyyatın köməyi ilə Mərkəzi Asiyanın yaşıl və ədalətli inkişaf yolunda irəliləməsi üçün tramplin rolunu oynaya və bu yolu davam etdirmək üçün lazımi investisiyaları cəlb edə bilər.”
Energetika naziri Pərviz Şahbazov isə bildirib: "Azərbaycan bərpa olunan enerjinin regional layihələrlə inkişafını təmin edən strateji əhəmiyyətli təşəbbüslərin reallaşması üçün mühüm addımlar atır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi, Mərkəzi Asiya ölkələrinin nəhəng enerji potensialının “yaşıl enerji dəhliz”ləri ilə Türkiyə və Avropa bazarlarına nəql olunması əsas prioritetlərimizdən biridir. COP29 zamanı lRENA və Azərbaycanın birgə keçirəcəyi Enerji Keçidi İnvestisiya Forumunun Mərkəzi Asiya ölkələri ilə “yaşıl enerji” tərəfdaşlığını gücləndirəcək, investorların, enerji şirkətlərinin marağını cəlb edəcək və müştərək layihələrimizin həyata keçirilməsini sürətləndirəcək məhsuldar platforma olacağına inanırıq."
Qeyd edək ki, iki günlük forumda Mərkəzi Asiyadakı bərpa olunan enerji keçidi layihələrinə investisiya yatırımlarının təşviqi məqsədilə dünya və region üzrə maraqlı tərəflər bir araya gələcək. Forum BƏƏ-nin COP28-də əldə etdiyi konsensus nəticələrini irəlilətmək üçün bərpa olunan enerjinin inkişafını təşviq etmək və enerjiyə keçidlə əlaqəli texnologiyalara investisiyaların artırılması imkanları ilə bağlı hökumətlər, maliyyə institutları, investorlar, layihənin icraçı tərəfdaşları, layihə tərtibatçıları (developerlər) və digər əsas maraqlı tərəflər arasında geniş dialoqun təşkili üzrə platforma təmin edəcək. Burada həmçinin ikitərəfli sessiyalar üçün imkanlar və qlobal investorlara, maraqlı tərəflərə regionun bərpa olunan enerji layihələrini nümayiş etdirəcək sərgi sahəsi təqdim olunacaq.
IRENA Mərkəzi Asiyadan olan şirkətləri bərpa olunan enerji layihələrini Forumda investorlara təqdim etməyə dəvət edir. Seçilmiş layihələr İqlim İnvestisiya Platforması (CIP) və IRENA tərəfindən idarə olunan Enerji Keçidinin Sürətləndirməsi Platforması (ETAF) tərəfindən nəzərdən keçirilə bilər.
Layihələrə olan tələblər haqqında CIP və ETAF saytlarından ətraflı məlumat əldə edilə bilər.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
33 d. əvvəl
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
-
-
3 saat əvvəl
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
-
7 saat əvvəl
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda Çinin “iSoftStone” şirkəti ilə "kompüter və elektron avadanlıqlar istehsalına dəstək" müzakirə olunub
Naxçıvanda Azərbaycanın əsas hissəsilə quru əlaqəsini təmin edəcək xəttin yenidən qurulması davam edir
Ən çox oxunanlar
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək
Putin Əliyevə zəng edib, minnətdarlığını bildirib
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
Yeni nəsil kassa aparatları ilk 2 ayda 4,5 milyard manatlıq dövriyyəni qeydə alıb - 16 FAİZDƏN ÇOX ARTIM
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
Martın 12-də gözlənilən hava şəraiti - 12° isti olacaq



















