Azərbaycanda 20 milyon manata yeni sistem yaradılır - BU ŞİRKƏTƏ HƏVALƏ OLUNDU
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “Milli Məkan Məlumatları İnformasiya Sistemi”nin yaradılması və əlaqədar təlim xidmətlərilə bağlı tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderdə qalib şirkət 19 milyon 843 min manat qiymət təklifi ilə "Caspel" MMC olub. Tender üzrə ehtimal olunan qiymət 21 milyon 881 min manat idi.
"Caspel" MMC alacağı 19 milyon 843 min manat qarşılığında 11 modul yaradacaq və təlimlər keçirəcək.
2005-ci ildən fəaliyyət göstərən "Caspel" şirkəti İKT infrastrukturunun qurulması, idarəolunması və təkmilləşdirilməsi üçün kompleks həllər təklif edir.
“Milli Məkan Məlumatları” informasiya sistemini yaradılması və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır.
“Milli Məkan Məlumatları İnformasiya Sistemi” idarəetmə ilə bağlı düzgün qərarların qəbul edilməsinə, dövlət qurumları tərəfindən məkana bağlı məlumatın operativ əldə olunmasına kömək edəcək.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 18 d. əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Trampdan Davosda mühüm açıqlamalar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Ən çox oxunanlar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

















