Sahibkarları xofa salan Abutalıbov cəzalandırılmalıdır
Sentyabrın 8-də günün günorta çağı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Bakıdakı “26 Lounge & Dining” adlı kafeni bağlatması və əmlakını məhkəmə qərarı olmadan müsadirə etdirməsi biabırçılıq idi.
Ölkəmizdə sahibkarlığın inkişafından, xarici investsiyaların cəlbindən danışdığımız bir dövrdə yüksək vəzifəli bir məmurun bu hərəkəti ölkəmizin imicinə, iş adamlarının inamına böyük zərbə vurdu.
Təbii ki, Azərbaycanın düşmənlərinin, o cümlədən ermənilərin havadarları öz cəsasını almalıdır. Biz hüquqi dövlətdə yaşadığımız üçün, belə araşdırmalar və cəzalar qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Hacıbala Abutalıbovun və ondan asılı bir neçə məmurun sahibkarın obyektinə hücum çəkməsi Azərbaycanın imicinə zərbədir. Tutaq ki, “26 Lounge & Dining” adlı kafenin sahibi erməni havadarı olub. Onu Hacıbala Abutalıbov ifşa etməli deyildi. Bunu üçün ölkənin təhlükəsizlik orqanı var. Hacıbala Abutalıbov öz hərəkəti ilə faktiki olaraq digər dövlət orqanlarının vəzifələrinə məhəl qoymayıb. Kafenin sahibinin erməni havadarı olduğu məhkəmədə sübuta yetirilməli,sonra kafenin fəliyyətinə xitam verilməli idi.
Biznesdə marketinq siyasəti var. Ola bilər ki, sahibkar “26” adından marketinq və satış məqsədilə istifadə edib. Bu addan istifadə qanunla qadağan edilməyib. Ümumiyyətlə, bəzi adların biznesdə istifadəsinin qadağan olunması mövzusu dəfələrlə gündəmə gəlib, lakin hüquqi qərar qəbul olunmayıb. Bu gün, əxlasızlıq yuvası olan “Qarabağ”, “Şuşa” və s. adlı çoxlu kafelər var. Bəlkə də bu məsələ tənzimlənməlidir. İndiki halda “26” adından istifadə qanunla qadağan olunmayıb və “26” adının istfadəsi sahibkarın erməni havadarı olmasına sübut deyil. Həm də, nə üçün “26” adından istifadə edilməməlidir?! Ada qalsa 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günüdür.
Hacıbala Abutalıbov mətbuata açıqlamasında bildirib ki, lövhədə “Xanımlara 26-lar kafesində qəlyan çəkmək pulsuzdur” yazısı kafenin əxlaqsızlıq yuvası olduğuna işarədir. Bu qoca məmur bilmir ki, sahibkar bu ifadə ilə müştəri cəlb edir və bu gün bir çox kafelər də bu fənddən istifadə edirlər.
Yəqin ki, sahibkar ilə danışaraq bu adı dəyişdirmək olardı. Nə üçün bu yolun seçilmədiyi gizli olaraq qalır.
Mən hesab edirəm ki, bu hərəkətinə görə, Hacıbala Abutalıbov cəzalandırılmalıdır.
Bəlkə, Hacıbala Abutalıbov bizim bilmədiyimiz faktları bilə bilər. Ola bilsin ki, o həqiqi milliyətçidir. Bəlkə, merin kim iləsə haqq-hesabı, maraqlar toqquşması olub. Bəlkə də Abutalıbov hansısa şəxsin sifarişini yerinə yetirib. Fərqi yoxdur, edilən bu hərəkət bir merə yarşmayan, investorları xofa salan hərəkət idi. Sabah digər bəhanələr ilə başqa sahibkarlar məhv edilə bilər. Tezliklə, Hacıbala Abutalıbov cəzalandırılmalı, onun qanunsuz hərəkətlər etdiyi ictimaiyyətə bəyan edilməlidir. Onun cəzalandırılması investorların itən inamını bir qədər bərpa edə bilər.
Həmçinin, ölkədə sahibkarlığın inkişafına cavbdeh olan İqtisadiyyat Nazirliyi, şirkət adlarını qeydiyyata alan Vergilər Nazirliyi, reklamlara nəzarət edən Dövlət Reklam Agentliyi də bu məsələyə münasibət bildirməlidir.
Seymur Yunusov, Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
10 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
10 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















