Dünya Bankı: Bu il neftin qiyməti 65 dollardan aşağı olacaq, 2026-da 60 dollaradək düşəcək
Dünya Bankı (DB) neftin qiyməti ilə bağlı proqnozunu endirib.
Bildirilib ki, 2025-ci ildə Brent markalı neftin orta qiymətinin 64 ABŞ dolları/barel olacağı proqnozlaşdırılır. Bu da 2024-cü illə müqayisədə təxminən 17 dollar azdır. 2026-cı ildə isə neftin orta qiymətinin 60 dollar/barel səviyyəsinə qədər aşağı düşəcəyi gözlənilir. Başqa sözlə, Dünya Bankı mart ayı ilə müqayisədə bu il üzrə neftin qiymət proqnozunu 8 dollar, 2026-cı il üzrə isə 11 dollar azaldıb. Belə ki, Bankın mart ayı üzrə proqnozu müvafiq olaraq 72 və 71 dollar təşkil edib.
Qeyd edilib ki, DB-nin yeni proqnozu artan ticarət gərginlikləri və yüksələn qeyri-müəyyənlik fonunda qlobal iqtisadi artımın zəifləməsi və bunun nəticəsində 2025 və 2026-cı illərdə qlobal neft tələbi artımının günlük təxminən 0,7 milyon barel səviyyəsinə enməsi əsas götürülərək hazırlanıb.
Dünya Bankının analitiklərinin hesablamalarına görə, qlobal neft təklifinin 2025-ci ildə günlük 1,2 milyon barel artacağı gözlənilir. Bu da 2024-cü ildəki artımın təxminən ikiqatıdır və bununla qlobal istehsal günlük 104,2 milyon barel səviyyəsinə çataraq bütün zamanların ən yüksək göstəricisinə yüksələcək. 2026-cı ildə isə bu göstəricinin əlavə 1,0 milyon barel artacağı proqnozlaşdırılır. Baza ssenarisinə əsasən, geopolitik hadisələrdən qaynaqlanan əlavə təchizat pozuntularının olmayacağı və OPEC+ daxilində razılaşdırılmış kvotalara əməl edilməklə daxili birliyin qorunacağı güman edilir.
"Enerji qiymətlərindəki dalğalanmaların son illərdə inflyasiyada ciddi dəyişikliklərə səbəb olduğu bir şəraitdə, neft qiymətlərinin gözlənilən azalma tendensiyası proqnoz dövründə ümumi qiymət təzyiqlərini zəiflədəcək. Enerji qiymətlərinin enməsi, 2025-ci ildə qlobal istehlak qiymətləri inflyasiyasını 0,35 faiz bəndi azaldacaq" - hesabatda əlavə edilib.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 7 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

























