Qlobal bazarlar FED-in faiz qərarını gözləyir
Qlobal bazarlarda diqqətlər FED-in faiz qərarına yönəlib.ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) bu gün Bakı vaxtı ilə saat 22:00-da faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların orta gözləntiləri FED-in faiz dərəcəsi diapazonunu 4,25-4,50 faiz aralığında sabit (dəyişməz) saxlayacağıdır.
ABŞ prezidenti Donald Tramp tez-tez FED-i faiz dərəcələrini endirməyə çağırsa da, mərkəzi bank rəsmiləri əlavə gömrük tariflərinin ABŞ iqtisadiyyatına təsirini daha aydın görünənə gözləməyin məqsədəuyğun olduğunu bildiriblər.
İdxal olunan mallara tətbiq edilən aqressiv gömrük rüsumları (tariflər) istehlakçıların ABŞ-a inamını sarsıtdığı üçün ev təsərrüfatları istehlak qiymətlərinin mümkün artımı və əmək bazarının zəifləməsi riskinə hazırlaşır. Bununla belə, son məlumatlar mart ayında inflyasiyanın yavaşladığını, işsizlik səviyyəsinin aprel ayında sabit qalldığını göstərib.
FED sədri Cerom Puell (Jerome Powell) qərar açıqlandıqdan sonra Bakı vaxtı ilə saat 22:30-da mətbuat konfransı keçirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























