Sükan dəyişikliyə doğru: WEY avtomobil brendi Azərbaycanda debüt etdi – FOTO – VİDEO ®
Ötən gün Marriott Absheron otelində Çin avtomobil nəhəngi Great Wall Motor (GWM) tərəfindən istehsal olunan premium avtomobil brendi WEY-in təqdimatı keçirildi.
Tədbirə media nümayəndələri, avtomobil ekspertləri, influnserlər və texnologiya həvəskarları da daxil olmaqla 200-dən çox qonaq qatıldı.
Təqdimat zamanı WEY brendinin üç əsas modeli nümayiş etdirildi:
Flaqman, iri ölçülü krossover WEY 07 PHEV 4WD

Texnoloji minivan WEY 80 PHEV 4WD

Orta ölçülü premium krossover WEY 03 PHEV AWD

Bu modellər ağıllı idarəetmə, təhlükəsizlik və gələcəyin dizaynına yeni baxışı təmsil edir.
GWM-in regional direktoru Kerol Tian çıxışında bildirdi:
“Bugünkü tədbir sadəcə yeni avtomobillərin təqdimatı deyil. Bu, ağıllı və dəbdəbəli sürücülüyün yeni mərhələsinin başlanğıcıdır. WEY – yüksək performans, təhlükəsizlik və texnoloji irəliləyiş fəlsəfəsini özündə birləşdirir. Biz premium brendimizi dinamik şəkildə inkişaf edən və innovasiyaları dəyərləndirən Azərbaycan bazarına təqdim etməkdən məmnunuq".

“Azerbaijan Automobiles” QSC-nin baş direktoru Camal Quliyev vurğuladı:
“WEY brendinin ölkəmizdə satışa çıxması Azərbaycan avtomobil sektorunda əlamətdar hadisədir. Biz fəxrlə təqdim edirik ki, bu avtomobillər həm dizayn, həm də texnologiya baxımından ən yüksək standartlara cavab verir. Müştərilərimiz premium Avropa sinfinə uyğun komfort və təhlükəsizlik səviyyəsini artıq burada əldə edə biləcəklər.”

WEY haqqında:
WEY brendi 2016-cı ildə GWM-in qurucusu Cek Veyin şərəfinə yaradılıb.
Bu, adını yaradıcısından alan ilk Çin premium avtomobil brendidir. WEY — ağıllı hibrid texnologiyalar, zərif dizayn və innovativ təhlükəsizlik platforması ilə seçilir.

Rəqibsiz üstünlüklər:
WEY modelləri GWM-in inqilabi HI-4 texnologiyası əsasında yığılır.
H – Hybrid (hibrid), I- Intelligent (ağıllı), 4 - 4WD (dörd təkərdən çəkən) anlayışlarını birləşdirir.
Bu sistem yüksək mühərrik performansı, az enerji sərfiyyatı, maksimum təhlükəsizlik və ağıllı idarəetmə ilə seçilir.

Kredit və Lizinq Şərtləri:
Rəsmi diler GWM avtomobillərini sərfəli kredit və lizinq imkanları ilə təklif edir:
Kredit: ilkin ödəniş – 20%, illik faiz – 12%, maksimum müddət – 60 ay
Lizinq: ilkin ödəniş – 10%, illik faiz – adaptiv sistem
Zəmanət:
ZƏMANƏT rəsmi distribyutor “Azerbaijan Automobiles” QSC tərəfindən verilir — 8 il və ya 160 000 km (rəsmi yolla alınmış avtomobillər üçün).
Şirkət haqqında:
“Azerbaijan Automobiles” QSC — Azərbaycanda GWM (WEY, Haval, Tank, Poer, Ora), Bentley və Volkswagen markalarının rəsmi distribyutorudur.
Əlaqə məlumatları:
Satış mərkəzi: Babək prospekti 282, GWM Avtosalon
Telefon: *7999 / +994 55 678 24 24
WhatsApp: +994 55 678 24 24
Sayt: https://gwm.az
Avtosalon səhifəsi: https://turbo.az/avtosalonlar/gwm-azerbaijan
Test sürüşünə yazıl: https://gwm.az/test-drive
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















