Birbank-da Yığım hesabı: pulunuz illik 7% gəlir gətirsin ®
Birbank-lılar artıq daha çox qazanırlar. Bankın yeni məhsulu, Yığım hesabı müştərilərə illik 7% gəlir və hesablanan faizə faiz qazanmaq şansı yaradır. Dollar valyutasında isə bu qazanc 2.5% təşkil edir.
Məhsulun ən cəlbedici tərəfi gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, Yığım hesabında vəsait saxlayan hər kəs, pulunu faiz gəlirlərini itirmədən və istədiyi zaman çıxara bilər. Şərtlər isə olduqca rahat və sadədir.
Minimum məbləğ yoxdur: hesabı 0.00 AZN/USD ilə açmaq mümkündür;
Hesaba istənilən zaman pul əlavə etmək mümkündür;
Faiz gəliri gündəlik hesablanır və günün sonunda balansa yüklənir;
Faiz gəliri faiz qazandırır: qazanılmış faiz gəlirinə də faiz hesablanır;
Pulu istənilən zaman faiz və komissiya ödəmədən çıxarmaq mümkünüdür;
Rahat və etibarlı nəzarət: Birbank tətbiqi ilə hesaba asanlıqla nəzarət etmək mümkündür;
Yığım hesabını sizə ən yaxın Birbank filialından və Birbank mobil tətbiqindən “Əmanətlər” bölməsinə keçərək “Yığım hesabı aç” bölməsindən açmaq olar.
Bu məhsul uzunmüddətli depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir qazanmağı hədəfləyən hər kəs üçündür. Həmçinin, bu hesabda minimum məbləğ tələbi olmadığı üçün hər kəs üçün əlçatandır. Məhsul müştərilərə büdcələrini daha səmərəli idarə etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini istədkləri zaman artırmaq və idarə etmək şansı verir.
Pulunu gündəlik gəlir ilə artırmaq və hər an nəzarət etmək üçün Birbank Yığım hesabı ən ideal seçimdir.
Ətraflı məlumat üçün: http://b-b.az/yhpr
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
2 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Ən çox oxunanlar
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub























