Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatlar necə əldə olunur?
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsi (ASAN İndex) barədə məlumat yayıb.
Məlumatda bildirilir.
Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi insan həyat və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerinə yetirilən tənzimləmə prosesidir.
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahələrdə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən standart nümunələrin və ölçmə vasitələrinin dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ölçmələrin obyektiv, etibarlı və müqayisə ediləbilən nəticələrinin əldə edilməsinə xidmət edir.
Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması ilə bağlı müraciətlər 2024-cü il mayın 1-dən etibarən Keyfiyyət infomasiya sistemi (https://e-keyfiyyet.gov.az/home) vasitəsilə həyata keçirilir.
Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikat almaq üçün müraciətçi ərizə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
- standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti;
- istehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat (olduqda);
- standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsviri;
- standart nümunənin və ölçmə vasitəsinin yoxlama metodikası.
Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədi ilə Agentliyə daxil olmuş ərizə qeydiyyata alındıqdan sonra 3 (üç) gün müddətində daxil olmuş sənədlər sınaqların keçirilməsi üçün akkreditasiya edilmiş sınaq laboratoriyasına göndərilir. Sınaq laboratoriyası sınaqlar başa çatdıqdan sonra 3 (üç) gün müddətində standart nümunələrin və ya ölçmə vasitələrinin sınaq aktını Agentliyə göndərir. Sınaq aktı əsasında 3 (üç) gün müddətində Agentlik qərar qəbul edir və 1 (bir) gün müddətində tipin təsdiqi barədə sertifikat hazırlanır.
Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə hazırlanmış sertifikatlar fiziki və hüquqi şəxslərə Bakı KOB Evində təqdim olunur.
Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikat 5 il müddətinə verilir. Tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar dövlət reyestrinə (https://e-keyfiyyet.gov.az/informative-services/registry) daxil edilir. İctimaiyyətə açıq olan bu məlumatlar şəffaflığın təmin olunmasına xidmət edir və daimi olaraq yenilənir.
Hüquqi və fiziki şəxslər hər hansı bir standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiq edilib-edilmədiyi barədə məlumatları Keyfiyyət informasiya sisteminin “İnformativ xidmətlər” (https://e-keyfiyyet.gov.az/informative-services) bölməsindən əldə edə bilərlər.
Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.4-cü maddəsinə əsasən, 30 AZN məbləğdə dövlət rüsumu nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, cari ilin yanvar-iyul ayları ərzində Keyfiyyət informasiya sistemi vasitəsilə standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiq olunması ilə bağlı 2826 müraciət daxil olub. Bunlardan 550 müraciət üzrə ölçmə vasitəsinin olmaması, 180 müraciət üzrə isə tipi təsdiq olunmuş ölçmə vasitələrinin dövlət reyestrində olması ilə bağlı məktub hazırlanaraq elektron qaydada cavablandırılıb. 347 müraciət imtina olunub. 1183 ölçmə vasitəsinin tipi təsdiq olunaraq sertifikat hazırlanıb. 566 müraciət üzrə araşdırma davam edir.
2025-ci il ərzində tipi təsdiq olunmuş ölçmə vasitələri arasında fiziki-kimyəvi ölçmə vasitələri, təzyiq, sərf və həcm ölçmə vasitələri, tibbi ölçmə vasitələri daha üstün mövqedədir və ümumi verilmiş sertifikat sayının 47%-ni təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
12 d. əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
41 d. əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
1 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
-
2 saat əvvəl
"Bank Respublika"nın biznes kreditləri portfelinin həcmi 1,1 milyard manatı aşıb
-
2 saat əvvəl
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
-
2 saat əvvəl
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
Ən çox oxunanlar
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Yanvarın 24-də gözlənilən hava şəraiti
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
























