“Alshaya Group” şirkətinin təcrübələrinin ölkəmizə transferi müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Küveytə işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə ticarət, investisiya, enerji, nəqliyyat-logistika, sənaye, turizm və innovasiya sahələrində tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrin təşviqi və strateji əməkdaşlıq imkanları müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytin ticarət və sənaye naziri Xəlifə Abdullah Dhahi Al-Ajeel Al-Askar ilə görüşüb.
Görüşdə hər iki ölkənin iqtisadi əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçirilib, ticarət və investisiyaların artırılmasının, biznes əlaqələrinin yeni təşəbbüs və layihələrlə şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın əlverişli biznes mühiti və sənaye zonalarında sərmayə imkanları barədə məlumat verilib. Su və tullantıların idarə edilməsi, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji və digər sahələrdə dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlıq perspektivləri qeyd olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin neft naziri Tariq Süleyman Əhməd Al-Rumi ilə görüşüb.
Görüşdə ikitərəfli iqtisadi əlaqələrin gücləndiyindən məmnunluq ifadə olunub, ənənəvi və bərpa olunan enerji istiqamətində əməkdaşlıq, emal layihələrində iştirak perspektivləri dəyərləndirilib.
Azərbaycanın regional və qlobal enerji layihələrində uğurlu təmsilçiliyi, dayanıqlı iqtisadiyyata keçiddə resursların səmərəli idarə edilməsi barədə mövqeyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan uzun illərdir enerji sahəsində sabit tərəfdaş kimi çıxış edir və regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Alshaya Group” şirkətinin sədri Məhəmməd Alşaya ilə görüşündə qlobal biznes mühitində yeni imkanlar və innovativ həllər sahəsində potensial əməkdaşlıq və qabaqcıl təcrübələrin ölkəmizə transferi müzakirə olunub. Görüş zamanı Azərbaycanın əlverişli investisiya mühiti, regional bazarlara çıxış imkanları, turizm, ticarət və xidmət sektorlarının inkişaf perspektivləri barədə məlumat verilib.
“Alshaya Group”un pərakəndə ticarət, ictimai iaşə və xidmət sahələrində beynəlxalq təcrübəsinin Azərbaycanda tətbiqi, yerli biznes subyektləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov səfər çərçivəsində “Bukhamseen Group Holding Company” şirkətinin sədr müavini və baş icraçı direktoru cənab Emad Buxamsin ilə görüş keçirib.
Görüşdə Azərbaycanın inklüziv biznes mühiti və beynəlxalq şirkətlərlə tərəfdaşlığın inkişafı üçün stimullaşdırıcı tədbirlər barədə məlumat verilib, potensial sahələr üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamətdir və bu çərçivədə beynəlxalq tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa xüsusi önəm verilir.
Görüşdə qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 15 d. əvvəl
-
29 d. əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
41 d. əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
-
55 d. əvvəl
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
1 saat əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
2 saat əvvəl
Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Fransa bank yüzlərlə əməkdaşını işdən çıxaracaq
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb






















