Naxçıvanda iş quranlar 10 il vergi və rüsumlardan azad edilir
Naxçıvanda sahibkarlığın inkişafı üçün yeni vergi güzəştləri tətbiq ediləcəkNaxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentləri olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-ci il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.
Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
Vergi Məcəlləsinə edilən əlavələrə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad olacaq.
“Gömrük tarifi haqqında” haqqında qanuna təklif edilən dəyişikliyə əsasən, bu mallar həmin dövrdə həm də gömrük rüsumlarından azad ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
1 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
3 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
Əliyevlə Tramp arasında görüş keçirilib
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Ən çox oxunanlar
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib






















