Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BVF neft şoku ilə bağlı hazır vəziyyətə keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
BVF neft şoku ilə bağlı hazır vəziyyətə keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund - IMF) Yaxın Şərqdəki münaqişələrin dərinləşməsi fonunda artan qeyri-müəyyənlik şəraitində iqtisadi şoklarla üzləşə biləcək üzv ölkələrə yardım göstərməyə hazır olduqlarını bildirib.

Marja xəbər verir ki, BVF-nin sədri Kristalina Georgieva "Bloomberg Television"a verdiyi müsahibəsində qlobal xarici yardımların azaldığı bir dövrdə Fondun proqramlarına tələbin artacağını gözlədiklərini qeyd edib.

Tədiyyə balansı kəsiri riski artır

Hazırda təxminən 50 ölkənin BVF resurslarına güvəndiyini bildirən Georgieva xüsusilə Sakit okean ada ölkələrinin və borc yükü yüksək olan aşağı gəlirli iqtisadiyyatların qlobal neft təchizatında mümkün kəsintilərə qarşı son dərəcə həssas olduğunu vurğulayıb.

Georgieva bildirib:

“Tədiyyə balansı kəsiri ilə bağlı ciddi narahatlıqları olan bəzi üzvlərimiz artıq bizimlə əlaqə saxlayıblar. Bu qeyri-müəyyən dünyada sabitlik dayağı olmaq məsuliyyətimizin fərqindəyik.”

BVF-nin proqnozları

BVF-nin hesablamalarına görə enerji qiymətlərində mümkün artım qlobal iqtisadiyyata əhəmiyyətli təsir göstərə bilər. Enerji qiymətlərinin bir il ərzində 10% artması qlobal inflyasiyanı təxminən 40 baza bəndi yüksəldə bilər.

Eyni ssenaridə qlobal iqtisadi artımın 0,2% zəifləyəcəyi proqnozlaşdırılır.

Filippində neftin 100 dollar olması ilə bağlı xəbərdarlıq

Filippin Mərkəzi Bankının (Bangko Sentral ng Pilipinas - BSP) rəhbəri Eli Remolona Jr. bildirib ki, neftin qiymətinin bir barel üçün 100 dollara çatması pul siyasətinin yenidən sərtləşdirilməsini tələb edə bilər.

Fevral ayında uçot dərəcəsini endirən BSP hazırda artan neft qiymətləri və güclənən ABŞ dolları səbəbindən yeni risklərlə üzləşir. Remolona qeyd edib ki, Yaxın Şərqdə münaqişə başlayandan bəri neft qiymətlərindəki 10%-lik artım idarəolunandır, lakin 50%-lik artım daha ciddi müdaxilə tələb edə bilər.

Ödənişlər balansı (Tədiyyə balansı) – bir ölkənin rezidentlərinin (fiziki şəxslər, şirkətlər və hökumət) müəyyən bir dövr ərzində (adətən bir il) dünyanın qalan hissəsi ilə həyata keçirdiyi bütün iqtisadi əməliyyatları (mal, xidmət və kapital transferləri) sistemli şəkildə qeyd edən mühasibat hesabatıdır. Tədiyyə balansı idxal, ixrac və maliyyə hərəkətlərini göstərərək ölkənin xarici dünya ilə iqtisadi münasibətlərini və valyuta daxilolmaları ilə çıxışlarını (artıq və ya kəsir) ortaya qoyur.

Qeyd edək ki, bu gün Brent neftinin qiyməti yenidən 85 dolları görüb. 

İş elanları AzVak.az-da

06.03.2026 11:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18