Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
"PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsində iştirak imkanları genişlənir. 11 mart 2026-cı il tarixində ölkənin aparıcı korporativ maliyyə institutlarından biri olan "PAŞA Bank" ilə “PAŞA Kapital” (baş anderrayter qismində), “Unicapital” və “ABB Invest” broker şirkətləri arasında əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib. Razılaşmaya əsasən, investorlar "PAŞA Bank"ın səhmlərini həmin broker şirkətlərinin investisiya platformaları vasitəsilə əldə edə biləcəklər.11 mart 2026-cı il tarixində ölkənin aparıcı korporativ maliyyə institutlarından biri olan "PAŞA Bank" ilə “PAŞA Kapital” (baş anderrayter qismində), “Unicapital” və “ABB Invest” broker şirkətləri arasında əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.
Marja xəbər verir ki, sazişlər bankın planlaşdırdığı İlkin Kütləvi Təklif (IPO) üzrə səhmlərin yerləşdirilməsi çərçivəsində potensial investorların iştirak imkanlarının genişləndirilməsinə xidmət edir.
Razılaşmaya əsasən, investorlar "PAŞA Bank"ın səhmlərini həmin broker şirkətlərinin investisiya platformaları vasitəsilə əldə edə biləcəklər.
İnvestorlar səhm alışının bütün mərhələlərini bu investisiya platformaları vasitəsilə tam şəkildə onlayn həyata keçirə biləcəklər. Buraya investisiya hesabının açılması, sifarişlərin verilməsi və əldə olunan qiymətli kağızların sonrakı idarə olunması daxildir. "PAŞA Bank" səhmlərinin bir neçə platforma üzərindən satışa çıxarılması həm şəffaf yanaşmanı təmin edir, həm də geniş investor auditoriyasının səhmlərə rahat və əlçatan çıxışını mümkün edir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanovun sözlərinə görə, bankın bir neçə aparıcı broker şirkəti ilə əməkdaşlığı, investorlara "PAŞA Bank"ın səhmlərini daha rahat platforma vasitəsilə əldə etmək imkanı yaradır.
“Əminəm ki, "PAŞA Bank"ın planlaşdırdığı səhmlərin İlkin Kütləvi Təklifi (IPO) üzrə yerləşdirilməsi kapital bazarının inkişafında əhəmiyyətli mərhələ olacaq. Nəticə etibarilə, bu IPO-nu Azərbaycan iqtisadiyyatı, maliyyə sistemi və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan bir addım kimi görürük. Səhm əldə etmək istəyən investorlar "PAŞA Bank", "PAŞA Kapital", "Birbank Invest", "ABB Invest" və "Unicapital" platformaları vasitəsilə IPO-da iştirak edə biləcəklər,” — deyə o bildirib.
Xatırladaq ki, IPO çərçivəsində bank investorlar üçün səhmlərinin 5%-ni təklif etməyi planlaşdırır. Bu, Azərbaycan bazarında özəl bank və özəl şirkət tərəfindən həyata keçiriləcək ilk IPO olacaq.
Qeyd edək ki, "PAŞA Bank" 2007-ci ildə yaradılmış Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ, kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi, həm ənənəvi, həm də rəqəmsal bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























