Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
(®) Birbank Invest istifadəçilərinə yeni investisiya fürsəti yaradır. Belə ki, bu gündən etibarən Birbank Invest istifadəçiləri birbaşa PAŞA Bankın səhmdarı olmaq imkanını əldə edirlər. Bu yenilik istifadəçilərə mobil tətbiq vasitəsilə birbaşa İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulmaq və yerli kapital bazarında yaranan bu şansı dərəyərləndirmək imkanı verir.
PAŞA Bank tərəfindən həyata keçirilən IPO çərçivəsində abunə yazılışı 12 may 2026-cı il tarixinədək həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq.
Bu çərçivədə PAŞA Bank kapitalının 5%-ni təşkil edən 932 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin ticari qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəlir hesablanacaq. Səhm alışı üzrə bütün komissiyalar PAŞA Bank tərəfindən qarşılanır və müştərilər üçün əlavə komissiya tətbiq olunmur. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək.
Yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra edilir. Ətraflı məlumat əldə etmək üçün: www.b-b.az/ipo-deeplink
Qeyd edək ki, bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyata keçirilən ilk bank IPO-su olmaqla yanaşı, ölkənin kapital bazarlarının inkişafında mühüm mərhələ hesab olunur.
Birbank Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/vHdRj4
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin və bazarda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Platforma istifadəçilərə yerli və beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.
Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Əlaqə Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” ilə birgə təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
56 san. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
4 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
8 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 15 d. əvvəl
-
18 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
21 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
22 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 26 d. əvvəl
- 32 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı




























