970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Trampdan “vurub məhv edin” əmri

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampdan “vurub məhv edin” əmri
iç səhifə xəbər şəkil altı (mobil)_32

Qlobal neft daşımalarının ən mühüm keçid nöqtəsi olan Hörmüz boğazında İranın mina yerləşdirmə fəaliyyətlərinə qarşı ABŞ-dan ən sərt hərbi cavab siqnalı verilib.

Marja xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp cümə axşamı verdiyi açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə bölgədə mina yerləşdirərkən aşkar edilən hər cür qayıq və ya gəmini “vurub məhv etmək” əmri verdiyini açıqlayıb.

Reklam_3_11

Boğazın təhlükəsiz şəkildə yenidən gəmi hərəkətinə açılması üçün aparılan mina təmizləmə əməliyyatları barədə də məlumat verən Tramp bildirib ki, ABŞ-ın mina axtaran gəmiləri hazırda “adi gücün üç qatına” bərabər tempdə işləyir.

Pentaqon isə mina təmizləmə işlərinin altı ay çəkəcəyi barədə mediaya sızdırılan iddiaları təkzib edərək su yolunun mümkün qədər tez təhlükəsiz hala gətirilməsi üçün bütün texnoloji imkanların səfərbər edildiyini bildirib.

İran ABŞ-ın bölgədə həyata keçirdiyi mina təmizləmə fəaliyyətlərini suverenliyin pozulması kimi qiymətləndirdiklərini və Amerika gəmilərinin marşrutdan kənara çıxacağı halda onlara atəş açılacağını bir daha bəyan edib.

İrandan gəmilərin saxlanılması addımı

Tramp bu açıqlamanı İran İnqilab Keşikçilərinin boğazda kommersiya gəmilərinə qarşı müdaxilələri sərtləşdirməsindən sonra verib. İran qüvvələri son saatlarda MSC Francesca və Epaminondas adlı iki iri ticarət gəmisini saxlayaraq öz limanlarına aparıb.

İran bildirirb ki, ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası davam etdiyi müddətdə boğaz beynəlxalq gəmiçilik üçün açılmayacaq və keçid etməyə çalışan gəmilər hədəfə alınacaq.

İş elanları AzVak.az-da

Hörmüz boğazı Hörmüz boğazı gərginlik Hörmüz boğazı neft daşımaları qlobal neft tədarükü riskləri Orta Şərq geosiyasi gərginlik ABŞ İran münasibətləri 2026 Hörmüz boğazı mina təhlükəsi dəniz təhlükəsizliyi Hörmüz neft marşrutları təhlükə enerji bazarı riskləri neft qiymətlərinə təsir beynəlxalq gəmiçilik təhlükəsizliyi Donald Trump ABŞ Hərbi Dəniz Qüvvələri əməliyyatları Pentaqon açıqlaması İran İnqilab Keşikçiləri İran ABŞ gərginliyi İran dəniz blokadası ticarət gəmilərinin saxlanılması MSC Francesca gəmisi Epaminondas gəmisi Ormuz boğazı hərbi əməliyyatlar enerji təhlükəsizliyi böhranı
23.04.2026 17:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19