İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
Sahibkarlarla investorları birləşdirən portalda layihələrin və istifadəçilərin sayı artır.Yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa imkan yaradan İnvestisiya Portalında (invest.smb.gov.az) indiyədək 173 layihə yerləşdirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Marja-ya verilən məlumata görə, bu layihələrdən 147-si investisiyaların cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır. Sözügedən layihələr kənd təsərrüfatı, sənaye, xidmət, istehsal və digər istiqamətləri əhatə edir.
Bugünədək 1300-dən çox sahibkar, investor və startap müvafiq layihələrlə tanış olmaq, layihəsini portalda yerləşdirmək üçün invest.smb.gov.az saytında qeydiyyatdan keçib.
Portaldan istifadə edən biznes sahibləri investisiya cəlb etməklə bizneslərini genişləndirə, investorlar isə bu layihələrə yatırım etməklə həm özləri qazanc əldə edə, həm də KOB-ların layihələrini dəstəkləməklə onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərə bilərlər.
Qeyd edək ki, www.invest.smb.gov.az portalı Azərbaycanda KOB-ların investisiya imkanlarını genişləndirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər. Portaldan istifadə etmək üçün ödəniş tələb olunmur. Layihələrin portala yerləşdirilməsi prosesi sadə və rahatdır. Bununla bağlı əlavə sualları yaranan sahibkarlar və startaplar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
40 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 42 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub























