Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dünya birjaları 100 trilyona yaxınlaşdı - ÇÖKÜŞ XƏBƏRDARLIĞI EDİLİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya birjaları 100 trilyona yaxınlaşdı - ÇÖKÜŞ XƏBƏRDARLIĞI EDİLİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya birjaları bu günə qədərki ən uzun "öküz" bazarındadır. MSCI dünya indeksi bu ilin əvvəldən bəri 20%-ə yaxın yüksəlib, inkişaf etməkdə olan ölkə birjaları isə təxminən 30 faiz dəyər qazanıb.

 

"Marja" xəbər verir ki, iqtisadi nikbinlik, texnologiya şirkətlərinin "coşması" və yaxşı şirkət balanslarının köməyilə bu il daha da yüksələn "öküz" bazarı qlobal miqyasda bütün səhm bazarlarının dəyərini 100 trilyon dollara yaxınlaşdırıb. 

 

Birjalardakı yüksəlişin daha bir müddət də davam edəcəyi, ancaq mərkəzi bankların monetar təşviqləri azaltması ilə 2018-in ikinci yarısında birjalarda geriləmə hərəkətlərinin başlanacağı gözlənilir.


 
Yaz aylarında 70 trilyon dolların bir qədər üzərində olan dünyadakı bütün investorlara açıq şirkətlərin bazar dəyəri, "Bloomberg"in məlumatlarına əsasən hazırlanmış qrafikə görə, 100 trilyon dollara yaxınlaşıb. Qrafik, illərdir birjalarda gedən prosesin 2017-ci ildə "ralli"yə çevrildiyini göstərir. Birjalardakı ruh yüksəkliyinin, yeni il nikbinliyilə dekabr ayında da davam edəcəyi, hətta ayın ikinci yarısında sürətlənəcəyi gözlənilir. 

 
GOLDMAN SACHS XƏBƏRDARLIQ EDİB: ÇÖKÜŞ QAÇILMAZDIR


 
Amerikanın maliyyə təşkilatıGoldman Sachs bütün aktivlərdə müşahidə olunan "öküz" bazarının sona yaxınlaşmaqda olduğu barədə xəbərdarlıq edib. Goldman orta müddətdə birjalarda geriləmə baş verəcəyini bildirib.

 

Digər maliyyə təşkilatları və fond rəhbərləri də bu yüksəlişin bir müddət davam edəcəyini, ancaq 2018-də öküz bazarının başa çatacağını qeyd edirlər.


 
100 ŞİRKƏT DÜNYA BİRJALARININ 5-DƏ 1-Nİ TƏŞKİL EDİR


 
Hazırda dünya birjalarındakı böyüklüyün 20%-ni yalnız 100 şirkət yaradır. Bazar dəyəri ən böyük ilk üç şirkət Apple, Google-un baş təşkilatı Alphabet və Microsoft-dur. Dünyanın ən böyük 100 şirkətinin cəmi bazar dəyəri 1 Dekabr 2017-ci il tarixində 20 trilyon 186 milyard 862 milyon dollar təşkil edib. Başlıca olaraq Amerika şirkətlərinin olduğu ilk 100-lükdə 11 Çin şirkəti iştirak edir. İsveçrə, Hollandiya, Fransa, Almaniya, Cənubi Koreya, Yaponiyadan da şirkətlər ilk 100-lükdə yer alır.

05.12.2017 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ