Avro Zonasında illik inflyasiya səngidi
İlkin məlumata görə, Avro Bölgəsində dekabr ayında illik inflyasiya faizi 1,4%-ə geriləyib.
Avropa Statistika Ofisinin (Eurostat) yaydığı ilkin məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində 2017-ci ilin noyabr ayında 1,5 faiz olan illik inflyasiya dekabr ayında 1,4%-ə enib.
"Marja" xəbər verir ki, Bölgədə, dekabr ayında ilkin illik baza inflyasiya isə 1%-lik bazar gözləntisindən aşağı - 0,9% artıb.
Avro Bölgəsində dekabr ayındakı inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, illik inflyasiya ən yüksək 3%-lə enerjidə olub. Enerjinin ardınca 2,1%-lə qida, alkoqol və tütün məhsulları, 1,2 faiz ilə xidmətlər gəlir.
İNFLYASİYA ECB-NİN HƏDƏFİNDƏN AŞAĞIDIR
Digər tərəfdən, ilin inflyasiya göstəricisi Avro Zonasında pul siyasətini aparmağa məsul olan Avropa Mərkəzi Bankının (ECB) hədəf seçdiyi səviyyədən aşağıdır.
ECB, regionda qiymət sabitliyini təmin etmək üçün orta perspektivdə 2%-ə çox yaxın səviyyədə inflyasiya hədəfləyir. Bank, bu istiqamətdə qiymətli kağızlar alışı proqramı və aşağı faiz siyasətini da əhatə edən bir sıra tədbirlər həyata keçirir.
2017-ci ilin Dekabr ayında inflyasiyasya dair müfəssəl məlumatlar 17 Yanvarda açıqlanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
13 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı





















.jpg)
