Dollar/TL-də rekordları təxmin edən analitikdən yeni proqnoz
2 gün əvvəl dollarda yeni rekordlar olacağını deyən analitik, rekordlardan sonra yeni proqnozunu açıqlayıb.
Türk Lirəsi, S&P reytinq agentliyinin Türkiyənin kedit reytinqini aşağı salmasından və ölkədə Aprel ayında inflyasiyanın proqnozldan yüksək olmasının açıqlanmasından sonra dəyərdən düşməyə davam edir.
"Marja" xəbər verir ki, bazarda bu prosesin daha da genişlənəcəyinə dair gözləntilər dilə gətirilir.
2 May Çərşənbə günü verdiyi müsahibəsində "dollarda yeni rekordlar mümkündür" deyən "Brown Brothers Harriman"ın İnkişaf edən bazarlar üzrə strateqi Win Thin, rekordlardan sonra yeni proqnozunu açıqlayıb.
Thin yeni rekord səviyyə kimi 4,55 lirə səviyyəsinə diqqət çəkib.
Türkiyə Respublikasının Mərkəzi Bankının yenə faiz artıracağına işarə edən Thin, "Son faiz artımı Türk Lirəsinə kifayət qədər dəstək vermədiyinə görə, Mərkəzi Bank növbəti iclasında (7 İyunda) pul siyasətini daha da sərtləşdirmək məcburiyyətində qala bilər",- deyib.
FOREX-DƏ TƏCRÜBƏ QAZANMAĞA BAŞLA
Türk Lirəsində Çərşənbə günü başlayan ucuzlaşma sürətlənib və dollar qarşısında yeni rekord səviyyələr qeydə alınıb. Türk Lirəsinin dollar qarşısında üç günlük itkisi 4%-ə çatıb. Cümə günü Türk Lirəsi ABŞ dolları qarşısında 4.2901 ilə rekord səviyyəyə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türk İnvestisiya Fondunun təsis iclası keçirilib, Baş direktoru seçilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
2 gün əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
2 gün əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
2 gün əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır