"GRAND QAFQAZ": Elmar Vəliyevlə bağlılığımız yoxdur
“Bizim sabiq başçı Elmar Vəliyevlə heç bir bağlılığımız yoxdur və ticarət mərkəzi fəaliyyətini davam etdirir”.
Bu barədə Gəncədəki "Grand Qafqaz” ticarət mərkəzinin müdir müavini Mahmud Mahmudzadə ötən gün mətbuatda gedən “Elmar Vəliyevin bazarı bağlandı - Yeni başçı Gəncə sakinlərini sevindirdi” başlıqlı yazıya münasibət bildirərkən deyib.
M.Mahmudzadə ticarət mərkəzində yoxlamaların getdiyini təsdiqləyib:
“Ölkə başçısının tapşırıqlarına əsasən, qanuna uyğun olaraq, hər bir müəssisədə kassa aparatına keçid labüddür. Və yoxlamalar bazarın bağlanması ilə bağlı deyil.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
23 hektar ərazidə 4 minə yaxın dükanı əhatə edən "Grand Qafqaz” kompleksi 8 aydır ki, fəaliyyət göstərir. Bu gün kompleksin 2 modulu tam gücü ilə işləyir. Gəncə səbəti, saxlama anbarları, tekstil, həmçinin, dükanlarla yanaşı, restoranlar, hostellər fəaliyyətdədir. Bir çox insan burada kənd təsərüfatı məhsullarını gətirib satır. Bura “Bazarstore” MMC-dir. Müdrimiz Vüsal Tağıyevdir.
Hazırda mən də öz işimin başındayam. Buradakı şəraitlə tanış olmaq üçün sizi Gəncəyə dəvət edirəm”.
M.Mahmudzadə bildirib ki, MMC-nin siyasi baxımdan heç kimdən asılılığı yoxdur:
“Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Gəncədə bizim bazardan savayı, iki bazar fəaliyyət göstərir. Eyni zamanda, təəssüflə qeyd etməliyəm ki, Gəncədə küçə ticarətinə göz yumulub. Biz sağlam rəqabətə üstünlük veririk. Gəncədəki bütün mağazaları, dükanları bura köçürsək belə, kompleksin yarısı ancaq dolacaq. Bizim də hansısa bazarı bağlayıb bura köçürmək niyyətimiz yoxdur”.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)




.jpg)








