Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyətə başlayıb
İqtaisadiyyat Naziriliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ölkə regionlarında “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dekabrın 25-də Gəncə Gənclər Evində və İqtisadiyyat Nazirliyinin Yevlaxda yerləşən Regional İnkişaf Mərkəzində Agentliyin “KOB Dostu” fəaliyyətə başlayıb.
“KOB Dostu” kiçik və orta biznesin dostu konsepsiyasına uyğun olaraq, Gəncə, Yevlax və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara çoxsaylı xidmətlər, biznesin qurulmasına və genişləndirilməsinə müxtəlif mexanizmlər vasitəsilə dəstək göstərəcəkdir.
Bununla bağlı Gəncədə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu vurğulayıb, Agentliyin yaradılmasının da bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, “KOB Dostu” sahibkarlarla sıx işləyən və onlara müxtəlif xidmətlər və hərtərəfli dəstək göstərən mexanizmdir. İlk “KOB Dostu” bu ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılışı çərçivəsində Masallıda fəaliyyətə başlayıb. Bu yaxınlarda isə Xaçmazda, Siyəzəndə və Şabranda “KOB Dostu” sahibkarların xidmətinə verilib. Bu ilin sonunadək Quba və Qusarda “KOB Dostu”nun fəaliyyətə başlaması nəzərdə tutulur. Ölkənin digər iri şəhər və rayonlarında da “KOB Dostu”nun yaradılması istiqamətində işlər davam etdirilir. Ümumilikdə, ölkənin 10 iqtisadi rayonu üzrə 60 “KOB Dostu”nun yaradılması və ilkin olaraq Bakıda “KOB Evi”nin təşkili işləri davam etdirilir.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, “KOB Dostu”nun regionda sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında əhəmiyyətini vurğulayıb.
Sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib. Təqdimatda “KOB Dostu”nun fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb.
Tədbir iştirakçıları “KOB Dostu” ofisi ilə tanış olublar. Burada “KOB Dostu”nun fəaliyyəti və sahibkarlara xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, maarifləndirici materiallarla təmin olunub.
Yevlaxda “KOB Dostu”nun fəaliyyətə başlaması ilə əlaqədar keçirilmış tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Dostu”nun sahibkarlara göstərəcəyi xidmətlər barədə məlumat verib. Bildirilib ki, “KOB Dostu”nun fəaliyyəti sahibkarlarla daha sıx əlaqələrin qurulmasına, yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönəldiləcək. “KOB Dostu” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcəkdir. Orxan Məmmədov sahibkarları KOBİA və onun regionlardakı təmsilçisi olan “KOB Dostu” şəbəkəsi ilə fəal əməkdaşlığa dəvət edib.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Qənimət Qaraşov “KOB Dostu”nun fəaliyyətinin regionda sahibkarlıq fəaliyyətinin genişlənməsində, kiçik və orta sahibkarlığın inkişafında önəmini qeyd edib.
Sahibkarlar “KOB Dostu”nun göstərəcəyi xidmətlərin sahibkarların işini daha da asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında və inkişafında əhəmiyyətli olacağını vurğulayıb, özəl bölmənin inkişafına göstərdiyi hərtərəfli dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 18 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























