Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Səfir: "Azərbaycan və Qətər arasında bir sıra mühüm sazişlər imzalanacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səfir: "Azərbaycan və Qətər arasında bir sıra mühüm sazişlər imzalanacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu il fevralın 20-də Qətərdə keçiriləcək ikitərəfli iqtisadi, ticari və texniki məsələlər üzrə Azərbaycan-Qətər Hökumətlərarası Komissiyasının iclası keçiriləcək. Qarşıdakı iclasda bir sıra mühüm sazişlərin imzalanması gözlənilir ki, bu da mövcud ikitərəfli iqtisadi, strateji və siyasi əlaqələri möhkəmləndirəcək".

 

"Peninsula" nəşri xəbər verir ki, bunu Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov deyib.

 

Qətərdəki azərbaycanlı icma haqqında danışan diplomat bildirib ki, icma ölçücə kiçik, təxminən, 350 nəfər olmasına baxmayaraq, o, ölkənin müxtəlif idman və mədəni tədbirlərində iştirak etməklə enerjili və aktiv həyat yaşayır. Səfir əlavə edib ki, Qətər dostsevər və təhlükəsiz ölkə olduğundan azərbaycanlılar onu ziyarət etmək istəyirlər.

 

Ticarət əlaqələrinə toxunan R.İsmayılov siyasi əməkdaşlığın yüksək səviyyəsindən fərqli olaraq, iki ölkə arasında ticarət dövriyyəsi həcminin az olduğunu vurğulayıb.

 

"Son iki il ərzində Azərbaycanla Qətər arasında ticarət dövriyyəsi 8 milyon dollar təşkil edib. Hərçənd ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar var", - səfir söyləyib. O, Azərbaycanın Qətərə əsasən qida və kənd təsərrüfatı məhsulları ixrac etdiyini diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, hər iki ölkə bir sıra sahələrdə - energetika, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş perspektivlərə malikdir. Diplomat müvafiq şərait və bazanın olduğunu qeyd edərək, qətərli iş adamlarını Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymağa çağırıb.

 

Səfir xatırladıb ki, Azərbaycan və Qətərin investisiyaların müdafiəsi, turizm, təhsil, informasiya, kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və s. sahələrdə 32 saziş imzaladıqlarını xatırladıb: "Bundan əlavə, hazırda üzərində çalışdığımız bir neçə saziş layihəsi də var".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

18.02.2019 08:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ