“A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəətində böyük artım
2 il ardıcıl azalmadan sonra “A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti artıb.
“A-Qroup Sığorta Şirkəti” ASC 2018-ci ili 2 milyon 163 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci illə müqayisədə şirkətin xalis mənfəəti 52,6% artıb. “A-Qroup Sığorta Şirkəti” 2017-ci ili 1 milyon 417 min manat xalis mənfəətlə bağlamışdı. 2016 və 2017-ci illərdə şirkətin xalis mənfəəti azalmışdı.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə cəmi gəlirlər 13 milyon 998 min manat, cəmi xərclər isə 11 milyon 294 min manat, əməliyyat mənfəəti isə 2 milyon 704 min manat təşkil edib. Şirkət ötən il 541 min manat mənfəət vergisi ödəyib.
XƏRCLƏRİ AZALIB
2017-ci ildə “A-Qroup Sığorta Şirkəti”nin cəmi gəlirləri 13 milyon 843 min manat, cəmi xərcləri isə 12 milyon 71 min manat, əməliyyat mənfəəti isə 1 milyon 772 min manat təşkil etmişdi. Şirkət həmin il 354 min manat mənfəət vergisi ödəmişdi.
Şirkətin “sair xərcləri” 685 min manatdan 14 min manata düşdüyündən 2018-ci ildə mənfəət bir əvvəlki illə müqayisədə artıb.
Qeyd edək ki, “A-Qroup Sığorta Şirkəti” 2015-ci ildə 7 milyon 889 min manat, 2016-cı ili 2 milyon 867 min manat, 2017-ci ildə 1 milyon 417 min manat xalis mənfəət açıqlamışdı.
TOPLADIĞI SIĞORTA HAQLARI ARTIB
“A-Qroup Sığorta Şirkəti”nin hesabladığı birbaşa sığorta üzrə sığorta haqları 2017-ci ildə 12 milyon 685 min manat ikən, 2018-ci ildə 13 milyon 170 min manat təşkil edib.
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2018-ci il tarixində“A-Qroup Sığorta Şirkəti” 23 milyon 783 min manat cəmi aktivlərə, 10 milyon 672 min manat cəmi öhdəliklərə və 13 milyon 111 min manat cəmi akpitala malik olub.
31 Dekabr 2017-ci il tarixində“A-Qroup Sığorta Şirkəti” 22 milyon 983 min manat cəmi aktivlərə, 10 milyon 605 min manat cəmi öhdəliklərə və 12 milyon 378 min manat cəmi kapitala malik idi.
“A-Qroup Sığorta Şirkəti” ASC-nin 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək MALİYYƏ HESABATI
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















