“Nar TV” istifadəçilərinin sayı 117% artıb
(®) Azərbaycan telekommunikasiya bazarının ən innovativ məhsullarından olan “Nar TV” tətbiqində qeydiyyatdan keçənlərin sayı 117% artıb.
Hər zaman gənc nəslin dinamik tələblərinə cavab verməyi hədəfləyən “Nar”-ın təqdim etdiyi bu xidmətdən yararlananların seçiminə bir çox amillər təsir edir. Mobillik vəd edən tətbiq, zaman və məkan məhdudiyyəti olmadan istifadəçilərə mobil telefonlarda və ya tabletlərdə sevimli TV verilişlərini, film və serialları izləmə imkanı verir. Bundan başqa, istifadəçi təcrübəsinin yaxşılaşdırılması məqsədilə davamlı olaraq yenilənmələr aparılır və sistemə düzəlişlər edilir.
Xidmətin digər önəmli üstünlüklərindən biri də azyaşlı izləyicilərin tətbiqdə yalnız faydalı və uyğun kontenti izləməsi üçün valideyn nəzarət funksiyasının olmasıdır. Belə ki, xüsusi kanalları PİN kod vasitəsilə məhdudlaşdırmaq mümkündür.
“Nar TV” tətbiqi ilə seçilmiş filmləri Azərbaycan dilində də izləmək mümkündür. Qeyd edək ki, “Nar TV” tətbiqində hər kəsin zövqünə uyğun filmlərin mövcudluğunu təmin etmək üçün siyahıya mütəmadi olaraq yeni çıxan filmlər əlavə edilir. “Nar”-ın təqdim etdiyi bu məhsulun bütün üstünlüklərindən faydalanmaq üçün istifadəçilər “Google Play” və “App store”-dan yenilənmiş tətbiqi yükləməlidir. “Nar TV” haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: nar.az
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
14 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 17 saat əvvəl
-
17 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















