“Azəripək” 500 tona yaxın barama qəbul edib
Respublika üzrə yaş barama tədarükü davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, İyunun 14-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 499,28 ton yaş barama təhvil verilib. Ötən gün kümçülər 47,66 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülərümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.
Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən,Ağcabədi, Bərdə, Şəki, Kürdəmir, Qax və Ağdamrayonları öndədir. Bu günədək Zərdabda 59,62 ton, Füzulidə 49,72 ton, Zaqatalada 46,87 ton, Balakəndə 43,24 ton, Ağcabədidə 45,20 ton, Bərdədə 32,65 ton,Şəkidə 31,98 ton, Kürdəmirdə 21,33 ton, Qaxda 21,27 ton, Ağdamda 16,29 ton, Göyçayda 13,11 ton, Ağdaşda 12,46 ton, Tərtərdə 12,29 ton, Sabirabadda 11,36 ton, Ucarda 9,75 ton, Lənkəranda 7,48 ton, İmişlidə 5,29 ton, Cəbrayılda 4,85 tonyaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.
Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.
Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
1 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
-
2 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 2 saat əvvəl
-
7 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 7 saat əvvəl
-
7 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Ən çox oxunanlar
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb























