AzMetco Caspian Energy Forum Baku 2017-nin partnyoru olub
AzMetco ASC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru olub.
“Caspian Energy Forum-2017-nin partnyoru statusunu qazanmaqla AzMetco ASC Klubla yaranmış bügünkü hərtərfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini növbəti dəfə təsdiqlədi”, - deyə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
AzMetco ASC-nin Direktorlar Şurasının sədri Şükür Ağazadə Azərbaycanla yanaşı, eyni zamanda bütövlükdə Xəzər regionu üçün böyük əhəmiyyət kəsb edən Caspian Energy Forum-2017-nin partnyoru olmaqdan məmnunluq duyduğunu qeyd edib. Onun sözlərinə görə, bu cür forumların təşkili yeni biznes əlaqələri qurmaq və köhnə əlaqələri qoruyub saxlamaq məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən bütün şirkətlər üçün vacibdir.
“Bundan əlavə, dünyanın 50 ölkəsindən nümayəndələr iştirak edəcəyi üçün forum ölkəmizin investisiya cazibədarlığının yaxşılaşmasına kömək edə bilər”, - deyə Şükür Ağazadə söyləyib. O əlavə edib ki, ölkə qeyri-neft sektorunu fəal şəkildə inkişaf etdirdiyi bir vaxtda Cənub Qaz Dəhlizi, Böyük İpək Yolu, milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsi kimi irimiqyaslı layihələrin həyata keçirilməsi də nəzərə alınmaqla iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət qurumlarının rəhbərlərini dinləmək yerli və xarici şirkətlər üçün maraqlı olar.
“Caspian Energy Forum-2017 məhz gündəmdə olan aktual mövzu və problemlərin müzakirəsi və həlli üçün mühüm meydan olacaq”, - deyə AzMetco ASC-nin rəhbəri çıxışına yekun vurub.
İxtisaslaşmış müəsssisə olan AzMetco Açıq Səhmdar Cəmiyyəti 1981-ci ildən neft və qaz sənayesində tətbiq olunan ölçü qurğularının və telemexaniki sistemlərin, avadanlıq və cihazların sazlanması, təmiri, montajı və kalibrlənməsi xidmətini həyata keçirir. SOCAR-ın neft terminallarında və konsorsiumun Sanqaçal, Supsa və Ceyhandakı ixrac boru kəmərlərində bu xidmətləri göstərən AzMetco Cənubi Qafqazda (Azərbaycan, Gürcüstan) və Türkiyədə geniş məkanı əhatə edir.
Caspian Energy Forum-2017-yə avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin sponsorları Cross Caspian Oil and Gas Logistics LLC, PolyMart və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “Asia Express & OCS, DSV”, “Azpetrol Ltd.” MMC, SİNAM və AzMetco ASC-dir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
18 d. əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
-
- 39 d. əvvəl
-
54 d. əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Ən çox oxunanlar
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq




















.jpg)





