İqtisadiyyat naziri iki səfir ilə müzakirələr aparıb
İqtisadiyyat naziri Şahin Mustafayev Argentinanın Azərbaycandakı Səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Şahin Mustafayev Azərbaycanla Argentina arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərin qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslandığını, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əməkdaşlığın inkişafında rolunu vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın müqavilə-hüquq bazası mövcuddur. Ticarət və iqtisadi əməkdaşlıq, vergi məlumatlarının mübadiləsi, elmi, texnoloji tədqiqat və innovasiya sahələrində, gömrük işi, texniki əməkdaşlıq və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb.
Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və prioritetləri, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib, ölkəmizin iqtisadi imkanlarını, qeyri-neft məhsullarının istehsalı və aqrar sahədə əməkdaşlıq potensialını vurğulayıb, argentinalı iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin təşkilinə dəvət edib.
Argentinanın Azərbaycandakı Səfiri Serxio Osvaldo Perez Qunella Azərbaycan-Argentina iqtisadi əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını qeyd edib, Argentinanın biznes imkanlarına dair məlumat verib, argentinalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiklərini diqqətə çatdırıb.
Görüşdə Azərbaycandakı sənaye parklarında və aqroparklarda Argentina şirkətlərinin iştirakı, sənaye, kənd təsərrüfatı, əczaçılıq, ticarət və s. sahələr əməkdaşlığın genişləndirilməsi və birgə lahiyələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Meksika səfiri də İqtisadiyyat Nazirliyində olub
İqtisadiyyat naziri Şahin Mustafayev Meksikanın Azərbaycandakı Səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşdə Azərbaycan-Meksika iqtisadi əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında ticarət əlaqələri barədə danışan Şahin Mustafayev bildirib ki, son illər iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilir. Bununla belə, qarşılıqlı ticarətin genişləndirilməsi üçün hər iki ölkənin imkanları genişdir. İqtisadiyyat naziri işgüzar dairələrinin iştirakı ilə keçirilən biznes forumların, işgüzar görüşlərin təşkilinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib, Meksika şirkətlərini Azərbaycanda keçirilən sərgilərdə iştiraka, azərbaycanlı həmkarları, xüsusilə kiçik və orta biznes subyektləri ilə fəal əməkdaşlığa dəvət edib.
Meksikanın Azərbaycandakı Səfiri Xuan Rodriqo Labardini Flores ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, Meksika-Azərbaycan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb, Meksika sahibkarlarının Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Meksika iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri, iş adamları, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Meksikanın aidiyyəti qurumları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)





.jpg)
