"Novas Home" BAKINI BÜRÜYÜR – daha bir filialı açılır
Eviniz üçün axtardığınız hər şeyi tapa biləcəyiniz “Novas Home” satış mərkəzlərinin sayı artırılır.
14 Sentyabr 2019-cu il tarixində şəbəkənin 6-cı filialı Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsi İnqilab İsmayılov küç 5C ünvanında müştərilərin ixtiyarına veriləcəkdir.
“Novas Home” brendi “Bizim Market” ilə eyni ailənin üzvüdür. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir.
“Novas Home”-da mövsümi-sezon, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.
Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəflərdəndir. Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir.
İlk “Novas Home” 2019-cu ilin Fevral ayında istifadəyə verilib. 2019-cu ilin 7 ayı ərzində artıq Bakıda 5 filial açılıb və gələcəkdə filialların sayının artırılması nəzərdə tutulur.
AÇILIŞ GÜNÜ MÜNASİBƏTİLƏ ENDİRİM
14 Sentyabrda 6-cı “Novas Home” filialının açılışı münasibəti ilə hədiyyəli, endirimli qida və qeyri-qida kampaniyası keçiriləcək. Eyni zamanda hər 45 manatlıq alış-verişə 5 manatlıq alış-veriş kuponu hədiyyə olunacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
11 d. əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
-
4 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 10 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
























