Fed-in faiz qərarı üçün önəmli olan məlumatlar açıqlanacaq
Qlobal bazarlar bu gün ABŞ-da açıqlanacaq Sentyabr ayı kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı göstəricilərinə fokuslanıb.
"Marja" xəbər verir ki, ABŞ-da məşğulluğun artım tempi, ABŞ Mərkəzi Bankının (Fed) faiz qərarında həlledici faktorlardan biridir.
İnvestorlar, pisləşən qlobal iqtisadi artıma və digər risklərə qabaqlayıcı tədbir olaraq Fed rəsmilərinin faizləri daha da aşağı salacağını gözləyirlər.
Fed İyul və Sentyabrda faizləri endirib. Fed sədri Cerom Pauel, faiz endirimi qərarlarını, artan qlobal risklərə görə iqtisadi artımda daha ciddi yavaşlama ehtimalına qarşı müdafiə kimi qiymətləndirmişdi.
Sentyabr ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır. ABŞ-da Sentyabrda məşğulluğun 140 min artacağı gözlənilir. Avqustda məşğulluq 130 min nəfər artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Sentyabrda 3,7% olduğu proqnozlaşdırılır. Avqust da işsizlik 3,7% təşkil etmişdi.
Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın illik müqayisədə 3,2%, aylıq müqayisədə 0,3% artdığı proqnozlaşdırılır. İyulda artım müvafiq olaraq 3,2% və 0,4% təşkil etmişdi.
Ekspertlər ABŞ kənd təsərrüfatı xaric məşğulluq göstəricisinin pul vahidləri üçün əhəmiyyətli olacağını bildirirlər.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Vaxt | Valyuta | Açıqlanacaq məlumat | Proqnoz | Əvvəlki |
16:30 | USD | Orta saatlıq maaş (İllik artım) (sentyabr) | 3,2% | 3,2% |
16:30 | USD | Orta saatlıq maaş (Aylıq artım) (sentyabr) | 0,3% | 0,4% |
16:30 | USD | Kənd təsərrüfatı xaric məşğulluq (sentyabr) | 140 000 | 130 000 |
16:30 | USD | İşsizlik nisbəti (sentyabr) | 3,7% | 3,7% |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















